Sosial

"Birləşmiş krallıqda təhsil" adlı sərgi keçirilib

Aprelin 26- da British Council Azərbaycan Bakıda növbəti "Birləşmiş krallıqda təhsil " adlı sərgi keçirib. Artıq ikinici ildir ki, təşkil olunan sərgidə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Ceyhun Bayramov, Britaniyanın sabiq təhsil naziri Charels Clarke , eyni zamanda Britaniyanın ölkəmizdəki səfirliyindən nümayəndələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Ceyhun Bayramov qeyd edib ki, bu təhsil sərgisi , "2007-2015 -ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir. 

Britaniyanın sabiq təhsil naziri isə bildirdi ki, British Council uzun illərdir ki, Azərbaycanda gənclərin, məktəblilərin, eləcə də valideynlərin düzgün istiqamətləndirilməsi və məlumatlandırılması ilə bağlı müxtəlif tədbirlər həyata keçirir. 
Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki , gənclərin xaricdə təhsil alması üçün yaradılan şəraitin əsas məqsədi Azərbaycan üçün yüksək ixtisaslı kadrlar hazırlamaqdır . 
Bu il təşkil olunan sərgi keçən ilkinə nisbətən universitetlərin çox olması, seçim imkanlarının müxtəlif olması ilə fərqlənir.
Qeyd edək ki, "Birləşmiş krallıqda təhsil " sərgisi aprelin 26-sı və 27- də , saat 11-dən 5-ə qədər davam edəcək.

Mövzuyla əlaqəli məqalələr