Siyasət

Tramp Merkelin əlini sıxmaqdan imtina edib

ABŞ prezidenti Donald Tramp Ağ evdə fotosessiya zamanı Almaniya kansleri Angela Merkel ilə təkrar əl verməkdən imtina edib.
İki ölkə lideri danışıqlardan sonra Oval kabinetdə fotoqraflara poza veriblər.
Jurnalistlər onlardan bir-birinə əl verməyi xahiş etsələr də, Amerika prezidenti onların xahişinə məhəl qoymayıb. Merkel ona tərəf əyilərək əl sıxıb-sıxmayacağını soruşsa da, Tramp kanslerin təklifini cavabsız qoyub.

Mövzuyla əlaqəli məqalələr