Siyasət

Türkiyə və Hollandiya arasında diplomatik gərginlik davam edir

Martın 2-dən etibarən sırasıyla Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybəkçi, keçmiş enerji və təbii qaynaqlar naziri Taner Yıldız, eləcə də Xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniyadakı toplantıları ləğv olunmuşdu və bu iki ölkə arasında siyasi qalmaqal yaradaraq türklər demişkən tansiyonu bir xeyli yüksəltmişdi.

Martın 2-dən etibarən sırasıyla Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybəkçi, keçmiş enerji və təbii qaynaqlar naziri Taner Yıldız, eləcə də Xarici işlər naziri Mövlud Çavuşoğlunun Almaniyadakı toplantıları ləğv olunmuşdu və bu iki ölkə arasında siyasi qalmaqal yaradaraq türklər demişkən tansiyonu bir xeyli yüksəltmişdi. Taa o vaxta qədər ki, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu Roterdamda planlaşdırılan referendum kampaniyası çərçivəsində keçiriləcək mitinqə buraxmayana qədər. Rotterdam bələdiyyə başçısı Əhməd Aboutaleb jurnalistlərə açıqlamasında Çavuşoğlunun diplomatik toxunulmazlığı olduğunu və bunu hörmətlə qarşıladıqlarını, ancaq ictimai mövzularda qadağa üçün başqa səlahiyyətlərə sahib olduqlarını dilə gətirərək, Türkiyəli nazirin sözün birbaşa mənasında Hollandiyadan deportasiya edilməsi DÜnya gündəmini əməlli başlı silkələdi.
Belə ki, martın 11-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Hollandiyaya getməsinin qarşısı alındı. Hollandiya tərəfi Çavuşoğlunun uçuş icazəsini ləğv etdi.
Hadisədən az sonra Prezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın bu addımına sərt reaksiya göstərərək: "Nazirimiz Hollandiyaya getmək istəyərəkən, bu xəbər gəldi. Referendumdan sonra bu işlərlə məşğul olacağıq. Görək, sənin təyyarələrin Türkiyəyə necə gələcək? Mən diplomatiyadan danışıram, vətəndaşların səyahətini nəzərdə tutmuram. Bunlar bu qədər qorxaqdır, nasizmin qalıqlarıdır, faşistdirlər" deməsi iki ölkə arasında münasibətləri bir qədər də gərginləşdirdi. 
Qeyd edək ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu hadisə baş verməzdən öncə etdiyi açıqlamada "İki gün əvvəl Hamburqda vətəndaşlarımızla görüşdük. Şənbə günü də bütün maneələrə, irqçi ifadələrə baxmayaraq, inşallah, Rotterdama gedəcəyik. Oradakı türk qardaşlarımızla, türklərlə görüşəcəyik, onlarla həsrəti aradan qaldıracağıq. Bizə də kimsə maneə törədə bilməz" ifadələrini işlətmişdi.
Gərginlik səngiməmiş hollandiya və Türkiyə arasında daha bir diplomatik qalmaqal yaşandı. Niderlandın "arzuolanmaz əcnəbi” elan etdiyi Türkiyənin ailə məsələləri və sosial siyasət naziri Fatma Betül Kayanın Türkiyənin Rotterdamdakı konsulluğuna daxil olmasının qarşısını alındı.
Fatma Betül Kayanın avtomobili Türkiyənin Rotterdamdakı Baş Konsulluğuna yollanarkən Niderland polisi tərəfindən saxlanıldı. Baş verənlərdən sonra rəsmi Ankara hər iki nazirinin analoji halla üzləşmələrini pisləyərək, Niderland beynəlxalq qanunları, konvensiyaları və insan haqlarını pozmuş olub." bəyanatını verdi və bu barədə hollandiya hökumətinə nota göndərdi. 
Son olaylardan dolayı Rəsmi Amsterdamın üzr istəyəcəyi düşünülsə də, bu baş vermədi və iki ölkənin münasibətləri bir qədər də soyuqlaşdı. Həm Roterdam da həm də Türkiyənin müxtəlif şəhərlərində hadisəni pisləyən aksiyalar keçirildi. Roterdamdakı aksiyalarda hətta polis zorakılığı da müşahidə edildi. Polis aksiya iştirakçılarına qarşı rezin dəyənəklərdən və xüsusi hazırlanmış itlərədn istifadə etməklə mitinqi dağıtdı. Türkiyədə isə nümayişçilər tərəfindən Hollandiya konsulluğunun üzərindəki bayraq endirilərək yerinə Türkiyə bayrağı sancıldı.
Qalmaqaldan sonra bir sıra ölkələr hadisəyə diplomatik münasibət açıqladılar. Azərbaycan xarici işlər nazirliyi yaydığı bəyanatda Hollandiyanın Türkiyəyə qarşı münasibətini qərəzli və ziddiyətli adlandırıb.
XİN hesab edir ki,baş verənlər “diplomatik və konsulluq münasibətləri haqqında Vyana konvensiyası, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə”pozulmasıdır.
Həmçinin Bəyanatda qeyd olunur ki, bütün bunlar hazırda Avropada yayılmaqda olan islamafobiya, ksenofobiya və ayrı-seçkilik kimi neqativ meyllərin aradan qaldırılması, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq edilməsinə xüsusi ehtiyacın olduğunu bir daha göstərir.

Mövzuyla əlaqəli məqalələr