Siyasət

"Bu rejimin adı nədir?"

"Ölkədə icra edilən bütün beynəlxalq layihələr korrupsiya mənbəyi imiş"


Korrupsiya və İnhisarçılığa Qarşı Mübarizə mərkəzinin sədri Elşən Allahverdiyev

"Eurovision zamanı hakimiyyət Qarabağ məsələsini bir dəfə belə ictimailəşdirmədi"

"Bütün bu beynəlxalq layihələr iqtidarın ölkədə monarxiya rejimi möhkəmləndirməsi üçün vasitə imiş" - Elşən Allahverdiyev

 

"Ölkədə baş verən çoxsaylı problemləri görməyən iqtidar düşərgəsi proseslərə birtərəfli yanaşmaşlarından hələ də əl çəkmir. Hadisələrə qərərzli mövqedən yanaşan bu düşərgə Avroviziyon kimi beynəlxalq yarışların ictimai çəkisindən istifadə edib yenə də öz məqsədləri üçün çalışır. Demə hakimiyyət kürsüsünü atasından dövr almış oğul Əliyevin tək amalı çoxillik diktatura rejimi qurmaq imiş. Bu gün dayanıb cəmi bir neçə il əvvəl cərəyan edən hadisələri izləyəndə və hazırda ölkənin acınacaqlı halına baxanda ancaq bu qənaətə gəlmək olur" - deyə Korrupsiya və İnhisarçılığa Qarşı Mübarizə mərkəzinin sədri Elşən Allahverdiyev bildirir.

 

Onun sözlərinə görə, iqtidarın guya inkişaf etmiş Azərbaycan haqqında söylədikləri hər cür yalanlar, guya ölkədə islam təməlçiliyinin güclənməsi ilə bağlı xaricə ötürdükləri yalan məlumatlar da bunun sübutudur: "Halbuki, həmin beynəlxalq oyunlar ərzində Qarabağ məsələsini bir dəfə belə ictimailəşdirmədilər - ictimailəşdirəndə də 1993-cü ildə əldə edilən atəşkəsi qabardaraq bunu Heydər Əlyevin böyük uğuru kimi qələmə verməyə cəhd etdilər. Bu da onlar üçün milli mənafenin hakimiyyət mənafeindən sonra gəldiyini göstərir".

 

Korrupsiya və İnhisarçılığa Qarşı Mübarizə mərkəzinin sədri Elşən Allahverdiyev bildirir ki, hazırda Azərbaycan iqtidarını əsas düşündürən məsələ hakimiyyəti zor gücünə daha uzunmüddətli necə saxlaya bilmək istəyidir: "Onlar bundan başqa nəsə fikirləşə bilmirlər. Bu baxımdan da Azərbaycan iqtidarına, dövlətinə qarşı olan hücumlar onları sevindirir. Onda vətənpərvərlik "şivəni" salıb hamını ölkəni satmaqda ittiham edirlər. Amma bütün ömürləri boyu sərvətini talayıb, vətəndaşını ac qoyduqları bu ölkənin əslində kimin satdığnın  yaxşı fərqindədirlər. Neftə bağlı iqtisadi sabitliyi əldə "bayraq" etməklə, xalqı azad düşüncəli qüvvələrə qarşı qaldırmağa həmişə cəhd ediblər".

 

"Ölkdə rüşvət və korrupsiya baş alıb gedir. İqtidar da ənənəvi olaraq buna göz yumur. Çünki, iqtidar camiyəsində aşağı səviyyəli insanlar toplaşıb. Hətta onlar tənqidi ifadəyə təhqirlə cavab verirlər. Bundan artığını düşünə, görə bilmirlər. Sanki, hakimiyyət eşqinə kor olublar. Kimsə milli maraqları, demokratiyanı, insan hüquqlarını önə çəkərsə, onu satqınçılıqda ittiham edirlər. Amma satqın bu ölkənin problemini hayqıranlar yox, ABŞ, Fransa, Norveç, İngiltərə, Almaniya kimi ölkələrdə bu ölkədə yığdıqları sərvətlə böyük biznes şirkətləri açıb, xalqın bu günün özündə də qanını soran məmurlardır" - Elşən Allahverdiyev bildirib.

 

"İqtidarın Qarabağ savaşını həll etmənəyin də öz səbəbi var. Düşünürlər ki, Qarabağ münqişəsi uzanarsa, hakimiyyətdə daimi qala bilərlər. Çünki hər kəsə deməyə bir söz var: "Qarabağ savaşı həll olunmadığı bir vaxtda demokratiya davası etmək satqınlıqdır". Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Bunu uğur kimi qələmə verənlər niyə iddia qaldırmadılar ki, BMT-nin Ermənistanla bağlı 3 qətnaməsinin heç olmasa bir olsa belə tətbiq edilsin. Bu Əliyevin hazırda hakimiyyət limitini uzatmaq üçün ən əlverişli kartıdır. İndi sizdən soruşuram: sizcə belə bir rejimin adı nədir?" - deyə E. Allahverdiyev fikrini tamamlayıb.

Mövzuyla əlaqəli məqalələr