Siyasət

Kanalımızla əməkdaşlıq edən hüquq müdafiəçisi saxlanılıb

 


Mingəçevirdə insan hüquqlarının müdafiəsi ilə məşğul olan, eləcə də jurnalist fəlaiyyəti ilə tanınan Raqir Məlikov bir müddət öncə "21-ci əsr, Yexlax polisi və "obezyanka" yazısı ilə ölkə gündəminə gələn Raqif Məlikov yazının dərcindən bir necə həftə sonra Yevlax polisi tərəfindən saxlanılıb. Jurnalist yaydığı press-relizdə bilirir ki, onu Yevlax rayonu ərazisində saxlayıblar. Olduğu avtomobilinə saxla əmrini verən yol polisi əməkdaşları onu maşından düşürərək heç bir səbəb göstərmədən polis maşınına əyləşdirərək rayon polis şıbəsinə aparıblar. Şöbədə isə ona ikrahla bildiriblər ki, "səni bura gətirmişik ki, haqqında yazdıqlarını gözünlə görüb yaşayasan".  

 

Ona  qarşı jurnnalist və hüquq müdafiəçisi fəlaiyyətinə görə ciddi təzyiqlərin olduğunu deyən R. Məlikov bildirib ki, Yevlax polisinin əməlləri barədə yazı yazdıqdan sonra əslində ona xeyli təhdidlər gəlib: "Mənə dəfələrlə zəng edib bidliriblər ki, ya yazdığını təkzib et ya da sənin axırın pis olacaq. Amma mən o materialı bizə etdikləri şikayər əsasında hazırlamışam. Bu təzyiqlərə görə əgər sözümü geri götürsəm onda mənə etimad edib dərdini paylaşan və çarə istəyən insanlara mən nə cavab verə bilərəm. Kim mənə inanar onda?".

 

Hüquq mudafiəçisi əsas problemin onun həbsi olması deyil, sadə vətəndaşların həbsi ilə bağlı olduğunu deyib: "Mən həbs ediləndə bəzi media qurumları, hüquq müdafiə təşkilatları mənimlə maraqlandılar, problemi həll etməyə çalışacaqlarını dedilər. Lakin adi insanlar həbs edilərkən heç kim bunu bilmir və heç nə ilə maraqlanmırlar. Onda insanlar ümidsiz vəziyyətdə qalır. Nə edək ki, ölkəmiz bu vıəziiyətdədir? Barışmalıqyıqmı? Yox, əlbəttə yox! Mübarizə aparmalıyıq. Bizim həbsimiz belə mübarizənin bir formasıdır".

Raqif Məlikov bildirib ki, onu həqiqətən də "obezyanka" deyilən qanunsuz saxlama yerinə salıblar və orda ona müəyyən işgəncələr də verilib. "Guya məni polisə tabe olmamaqda ittiham etdilər. Mən öz yazımda necə yazmışdım ki, insanlara polis qanunsuz tələblər irəli sürür, qanunsuz göstərişlər verir. Niyə deyə sual edəndə isə "tabe olmursan" adı altında şərliyib həbs edirlər. Mənim bəxtim hələ gətirdi ki, məni cəmi 4 gün saxladılar. Orda heç kimin xəbəri olmadan insanları aylarla heç bir məhkəmə qərarı olmadan saxlaya bilərlər" - deyə hüquq müdafiəçisi bildirib və əlavə edib ki, hazırda ölkənin hüquq sistemi tam çökməkdədir və qanunsuzluqla mübarizə aparmaq günü-gündən mümkünsüz olur.

"Amma hüquqlarımızı sonuna qədər müdafiə edəcəyik. Haqsızla mübarizə aparmamaq özü bir haqsızlıqdır. Bu hüquqda da belədir, mənəvi dəyərlərə görə də belədir, dinə görə də belədir. Biz imkan verməməliyik ki, diktatura qalib gəlsin. Mübarizə bu millətin alın yazısıdır. Xalq da susmamalıdır. Çünki biz susduqca onlar daha çox milləti ayaq altına atır. Hər kəs həbs ed bilərlər. Bu təhlükə var. Amma beynəlxalq hüquq da var. Avropa İnsan Hüquqları Məhkəməsi də var. Bax o qanunlar ən azı bizi qorumalıdır"- deyən hüquq müdafiəçisi həbsinin yüz faiz siaysi sifariş olduğunu qeyd edib. 

Mövzuyla əlaqəli məqalələr