İqtisadiyyat

"İnsanlar bu cür bank faizlərilə, əzilmələrlə, ədalətsizliklə bu iqtidar çox getməyəcək, bir gün partlayacaq"

"Hamiya məlumdur ki, bir çox nazirin və məmurun nə abrı var, nə də həyası"

Korrupsiya və İnhisarçılığa Qarşı Mübarizə mərkəzinin sədri Elşən Allahverdiyev

Ölkədə baş verən son siyasi hadisələrlə bağlı siyasi aktivist Elşən Allahverdiyevin fikirlərini öyrəndik: "Biz demokratiyanın mahiyyət prinsiplərini cəmiyyətə aşılaya bilmədik"

Hökumət təhsil sistemini bilərəkdən öldürdü. Doğrudanmı, bir ölkənin akademik çevrəsi, elm adamları,ziyalıları heç nəyi başa düşmür? Bu ölkədə sistem yenidən qurulmalıdır. Əgər cəmiyyətdən bu rejimdən narazliq yoxdursa, bu o demək deyil ki, xalq güzəranından razıdır və ya insanlar yaxşı yaşayır və yaxud da xalq bu hakimiyyəti monarx kimidə qəbul edəcək. Hökumət bir yalnışın içindədir. Xalq Hakim komanda tərəfindən aldadılır. Sanki xalqımız 20 il qabaq görmədikləri sosial şəraitə bu gün düşüblərsə, uzun illər üçün şükür etməlidirlər və bununla kifayətlənməlidirlər.

Bizim ölkədə səhiyyə sistemi yoxdur. Kiminsə ailəsində xəstəsi varsa artıq onlar üçün bu bir faciədir. Ölkədə bir il ərzində 20-25 mld kredit portfeli olub. Bu kreditlər xalqa minimum 25-30%-lə verilib. İldə 4 mld. üzəri xalqımız faiz ödəyib. Xalq bu faizləri ciblərindən ödəyib, borclanıb, əziliblər. Hani neftdən gələn gəlirlər? 

Bu gün xalqımız hakimiyyət dolayısı yolla mesaj verir ki: "Tamam. Mən real alternativ görmürəm. Səndə monarx olmaq istəyirsən. OL. Monarx ol. Yəni səlahiyyətlər səndə olsun. Sonrasına baxarıq. Seçki bir institut olaraq ölüb bizim ölkədə".

"Bəs ölkəni daha da iqtisadi və siyasi gərginliyə sürükləyə biləcək bu proseslərdən çıxış necə olmalıdır?" - sualına cavab olaraq Elşən Allahverdiyev deyir ki, bunun sonu təəssüf ki, yaxşı görünmür: "Hökumət anlamalıdır ki, bu cür davam edə bilməz. Cəmiyyət sonsuzadək hər şeyi qəbul etməyəcək. İnsanlar bu cür bank faizlərilə, əzilmələrlə, ədalətsizliklə bu iqtidar çox getməyəcək. Bir gün partlayacaqlar. Bizim ölkədə yaşamaq üçün heç bir standart yoxdur. Bizim ölkə hətta 3-cü dərəcəli ölkə də deyil. Cənubi Qafqazda cəmiyyətin demokratikləşməsi və azadlığı baxımından üç ölkə arasında üçüncüyük.
Oqtay Şirəliyev səhiyyə naziri olandan səhiyyəmizdə bu qədər cinayətlər baş veribsə və bu nazir hələ də postundan istefa vermirsə, deməli bu adamın naraha edən məqam yoxdur. Nəinki bu nazirin ümumiyyətlə çox məmurun nə abrı var nə də həyası. Bundan bir çıxış var: Hakimiyyətdə siyasi mədəniyyət formalaşdırılmalıdır".

Mövzuyla əlaqəli məqalələr

Tarix:

Banklarda dolların qiyməti düşür

Belə ki, səhər ABŞ dollarının satış qiymətini 1.80 manata endirən “AmrahBank”, məzənnəni ikinci dəfə də aşağı salaraq, dolları 1.79 manatdan satmağa başlayıb.