İdman

Rəqiblərini dişləyən futbolçu...

Rəqiblərini dişləyən futbolçu...

Rəqibini dişləyən uruqvaylı futbolçu Luis Suarez 4 ay müddətinə futboldan kənarda qalacaq.
Bu cəza ilə DÇ-2014 də 1/8 final mərhələsinə adlayan Uruqvayı pis vəziyyətdə qoyan Luis Surez "Liverpul"dan da qovula bilər. Belə ki, uruqvaylı hücumçunun İtaliya ilə matçda müdafiəçi Kiyellininin çiynindən dişləməsi ingilis azarkeşlərin narazlıqlarına səbəb olub. Bu narazlıqların baş verməsindən istifadə edən "Barselona" klubu da ulduz futbolçu ilə danışıqlara başlamaq istəyir.
Xatırladaq ki, indiyə qədər "Vampir Suarez"in qurbanları sırasında "Feyenord"un futbolçusu Otman Bakkal və "Çelsi"li müdafiəçi Branimir İvanoviç də yer alıb.

Mövzuyla əlaqəli məqalələr