GÜNDƏM

Jurnalistləri də solçu gənclərlə birlikdə həbs etdilər

 Mayın 1-də azərbaycanlı solçular Sabir bağında 1 May Zəhmətkeşlər Günü ilə əlaqədar aksiya keçirməyə cəhd ediblər. Ancaq əraziyə gələn polislər solçulara bağa daxil olmağa imkan verməyiblər. Nəticədə 5 solçu və “Obyektiv TV”-nin əməkdaşları Rasim Əliyev və Roman Məmmədov Səbayel Rayon Polis İdarəsinin 9-cu bölməsinə aparılıb.

Hadisə yerindən məlumat verən əməkdaşımızın bildirdiyinə görə, artıq aksiya başa çatmış hesab oluna bilər. Solçu gənclər saxlanılan yoldaşlarının azad olunması üçün Səbail rayon 9-cu Polis Bölməsinin qarşısında toplaşıblar. Bura jurnalistlər də gəlib, lakin polis gəncləri döyməyə başlayıb. Jurnalistlərə qarşı da təzyiq olub. Qeyd etdiyimiz kimi Obyektiv.tv-nin iki əməkdaşı saxlanılıb.

Mövzuyla əlaqəli məqalələr

Tarix:

Mövludun intihar görüntüsü - Fotolar

Xəbər verdiyimiz kimi, tanınmış gənc yazar Mövlud Mövlud (Mövlud Abdullayev) martın 16-da gecə saat 02:00 radələrində 7-ci mikrorayonun Axundov küçəsində yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib