Soydaş

Cənubi Azərbaycanda nə baş verir? Müstəqillik....

Soydaş programının növbəti qonağı Dünya Azərbaycanlıları Konqresi İdarə heyətinin üzvü, Güney Azərbaycanın şairi və Güney Azərbaycanda Dünya Azərbaycanlıları Konqresi İdarə heyətinin təmsilçisi Babək Muğanlı ilə Günüy Azərbaycanda soydaşlarımızın azadlığları uğrunda mübarizəsindən, azadlıqları uğrunda apardıqları mübarizədən, etdikləri aclığın nəticələri və eyni zamanda İran parlamentində Türk fraksiyasının yaradılmasının nəticələrini danışılıb.


“Həbslərə, basqılara baxmayaraq son durumda dəyişiklik yoxdur. Həmin adamlar yenə tutulur, buraxılır. Məhkəməyə çıxarılmalar yenə də davam edir. Rəsul bəyin və Murad Purun ac olması heçdə yaxşı deyildi. Çünki bunlar düşünən beyinlərdir. Aclıq aksiyasını bunlar xəstəxanada dayandırılıb. İranda həbsxanada rəsmi olaraq 80 min amma qeyri rəsmi 250 min dən çox fərqli həbslər var. Dünya standartlarında həbsdə olan adamın hər bir nəfərinə 20-25 kvadrat metr yer olmalıdı amma İranda bu 2-3 metr ilə dəyişir. İnsan haqlarına önəm verilmir.
Keçən ayın 12 sində atası ilə qardaşı Tehranda məhkəməsində istərak etmiştilər. Ev zindanının 209-cu bəndi ilə saxlayırdılar. Beş yüz min dollar istəyirlər ki, azadlığa buraxsınlar. Azərbaycan Türklərinin haqlı tələblərinin nəticəsidir. Rejimin bir addım geri çekilməsidir. Xaricdə və daxildə yaşayan qardaşlarımızdan buna fikir bildirməklərinə təsməsinlər. İran Hakimiyyəti Azərbaycanlıların ayağa qalxdığını görüb qorxdular. Bunların fikiri İranda yaşayan millətlərin fraksiyasını yaratmaqdır. Amma fikir verin fraksiyanın yaranmasında vətənsevərlər yoxdu. Bu fraksiyanın yaranması sadəcə gözdən pərdə asmaqdır.”

Mövzuyla əlaqəli məqalələr