Soydaş

"Tarixin bir ədalət qanunu var və bu qanun gec-tez öz yerini tapır" - Aydın Mədətov

Aydın Mədətov - "Əbülfəz Elçibəydə Güney Azərbaycan sevdası orta məktəbdə təhsil aldığı zamandan yaranıb.
İdeya insanları geniş düşünməyi bacarır. Məhz Əbülfəz Elçibəydə bu insanlara aid idi. Əbülfəz Elçibəy Bütöv Azərbaycan sevdalısı idi. Bu üzdən onun xatirələrinin mütləq əksəriyyəti bütöv, demokratik və müstəqil Azərbaycandan ibarətdir.
Əbülfəz bəy özxatirələrində yazır:
"Bütöv Azərbaycan bir ideyadır, məfkurədir. Mənim vətənim bütöv Azərbaycandır. 200 il parçalanmış bir xalqı birləşdirmək böyük şərəf və tarixi zərurətdir. Azərbaycanın bütövlük ruhu parçalanmazdır. Biz haqlarımız uğrunda mübarizə aparırıq. Azərbaycanın bütövlənməsi həyatımın mənasıdır. Mənim çalışdığım bütöv, müstəqil və demokratik Azərbaycan dövləti qurmaqdır. Azərbaycanın yüz illərlə parmalanmış, dağıdılmış cisminin bütövlüyü müqəddəs arzumdur.
Mənim fikrimin mayasını Azərbaycanın tam müstəqil olması, Qarabağın erməni işğalından azad olunması və bütöv Azərbaycan ideyasının yaşaması və gerçəkləşməsi təşkil edir.
Millət realist düşüncədə böyük bir ruhdur, ruhun törədicisidir. Deməli o parçalana bilməz. Millətimiz yalnız ərazi baxımından parçalanıb. Ruhi baxımdan Azərbaycan hər zaman bütöv olub.
İnsan daşıdığı ruhun içindədir və onunla yaşayır. Bizim vətənimiz ordu ilə, zorla bölünüb və bu bölünmənin millətimizin ruhuna heç bir təsiri yoxdur. Sadəcə vətənimizin üzərindəki süni maniələri dəf etməsi, xarici orduları vətənimizdən çıxarması və yeni xəritə çəkməsi lazımdır. Mənim anlayışımda bütövlük bu cür düşünülür. Tarixin bir ədalət qanunuda vardır və bu qanun öz yerini gec-tez tapır. Biz məhz tarixi ədalət uğrunda mübarizə aparırıq. Çalışırıq ki, fəal mübarizə aparmaqla Azərbaycan xalqı özünün bütövlüyünü əldə etsin.
Xalqımızın gələcəkdə tam milli birlik olmasına tam əminəm. Tutduğumuz yol böyük öndər Məmmədəmin Rəsulzadə yoludur. Yolumuz Səttərxanın, Seyid Məmməd Xiyabaninin , Seyid Cəfər Pişəvərinin yoludur. Bütöv, müstəqil Azərbaycana aparan bu yolu şərəf və ləyaqətlə davam etdirəcəyik. Xalqımızın apardığı bu mübarizə gec-tez öz bəhrəsini verəcək. Güneyli - Qüzeyli Azərbaycan birləşəcək və bütöv Azərbaycan dövləti yaranacaqdır."

Mövzuyla əlaqəli məqalələr