Soydaş

"Son illərin ən ciddi itkisini vermişik amma bütün millət yenə də müharibə istəyir" - Rauf Arifoğlu

"Rus mediası o qədər aqressiv oldu ki, elə bil Azərbaycan öz torpağını deyil, rus torpaqlarını almaq istəyir"

"Son illərin ən ciddi itkisini vermişik amma bütün millət yenə də müharibə istəyir. Azərbaycan xalqı öz ordusunu nə qədər çox sevirmiş. MN Mətbuat Xidməti son Qarabağ olaylarında cəmiyyətə əvvəlki dövrlərdən daha çox məlumat verirdi. İlham Əliyevin siyasi opponentləri bu savaşda onu tam dəstəklədilər. Bu savaşda ölkəmizin sahib olduğu ən yeni silahlar da uğurla sınaqdan çıxarıldı. Rus mediası məni heyrətə gətirdi. O qədər həyasızcasına bir aqresiya sərgilədilər ki, elə bil Azərbaycan öz torpağını deyil, rus torpaqlarını geri almaq istəyir. Türkiyə tam arxamızda oldu son olaylarda. Rusiya medyası qərəzliliyilə seçildi. Qarabağ savaşında ermənilərin güclü tərəfi, bizimsə zəif tərəfimiz Rusiyadır. Azərbaycan bir olsa erməni kimi 2-3 milyonluq bir toplum bizimlə oyun oynaya bilməz" - Soydaş verilişi 101-ci buraxılış

Mövzuyla əlaqəli məqalələr