Aktual

"Qəbul ediləcək konstitusiya dəyişiklikləri məhz insan hüquqlarının məhdudlaşdırılmasına hesablanıb"

Nəsimi Məmmədli: "Referendumun keçirilməsi üçün hansısa sosial sifarişdən söhbət belə gedə bilməz"

Referendumun keçirilməsinin hər hansısa bir sosial sifarişdən söhbət belə gedə bilməz.
Azərbaycanda ciddi iqtisadi böhran yaşanır. Əhalinin yoxsulluq səviyyəsi günü-gündən yüksəlir, Qarabağ kimi ağrılı problemi var, idarəetmənin bütün pillələrində böhran hökm sürür, insan hüquq və azadlıqları ilə bağlı hüquqmühafizə və məhkəmə orqanlarında hüquq tıxanıqlığı yaranıb.
Faktiki olaraq dəyişikliklərin təxminən yarısı yəni 14-ü, konstitusiyanın lll fəslini əhatə edir. lll fəsil bir başa insan hüquq və azadlıqlarının təminatını özündə ifadə edir. Burada:
- 32-ci maddə şəxsi toxunulmamazlıq hüququnu,
- 47-ci maddə ifadə və söz azadlığını,
- 49-cu maddə sərbəst toplaşma azadlığını,
- 57-ci maddə vətəndaşların müraciət hüququna bir başa dəyişikliklər nəzərdə tutulur. Dəyişikliklərin ağırlığı məhz lll fəsilə aiddir və nəzərdə tutulan dəyişikliklərin hamısı hüquqlarımızın məhdudlaşdırılmasıdır. Burada heç bir islahatdan söhbət belə gedə bilməz. Qəbul ediləcək yeni konstitusiya dəyişiklikləri hamısı məhz insan hüquqlarının məhdudlaşdırılmasına hesablanıb.

Mövzuyla əlaqəli məqalələr