Aktual

"Yeni şərtlərlə İpoteka istəyən bir ailənin gəliri gərək minimum 1150 manat olsun"- Ramil Osmanlı

"İpoteka prosesi kommersiya banklarından asılı vəziyyətə salınıb, geniş korrupsiya ehtimalı var"

“Əmlak” Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı “Kanal 13”də “Aktual” verilişinin qonağı olub. O, İpoteka haqqında fərmana edilən dəyişikliklərdən danışıb: “Bu, İpoteka Fondu ilə bağlı ikinci fərmandır. Birinci fərman ötən ilin oktyabr ayında verilib. Bu dəfə Fondun fəaliyyətinin tənzimlənməsi, gələcək fəaliyyəti bağlı müəyyən müddəalar, daha çox texniki məsələləri özündə əks etdirən məqamlar yadda qaldı. Düşünürdüm ki, bu fasilədən sonra cəmiyyətə təqdim edilən yeni ipoteka layihəsi çox ciddi fundamental dəyişiklikləri ilə yadda qalacaq. Çünki hər bir addım əvvəl tətbiq olunmuş, amma səmərə verməmiş, nəticəsi o qədər də müsbət olmayan, tam konstruktiv olmayan müəyyən qərarların arxa plana keçməsi və onun daha yeni, daha mütərəqqi qərarlarla əvəzlənməsi ilə müşahidə olunmalıdır. Amma bu dəfə fərqli oldu. Düzdür, hələ prosesin tam yekunlaşdığını demək olmaz. Çünki qarşıda bizi hələ iki aylıq bir müddət gözləyir: Müşahidə Şurasının tərkibinin müəyyənləşdirilməsi, idarə heyətinin tərkibinin müəyyən olunması, eyni zamanda icra strukturlarının müəyyənləşdirilməsi və sair. Təbii ki, Müşahidə Şurasının qərarlarından da bir çox məsələlər aşkar olunacaq. Bu qərarlardan asılı olan ən vacib məsələlərdən biri məhz bizim gözlədiyimiz faiz dərəcələri ilə bağlı idi. Amma faiz dərəcələri azaldılmadı.
İpoteka prosesi kommersiya banklarından asılı vəziyyətə düşüb. Düşünürdük ki, indiki prosesdə ilkin ödənişlə, faizlərlə bağlı konkret rəqəmlər olacaq. Sosial ipoteka ilə bağlı 15 faiz hədd var, 15 faiz böyük bir rəqəmdir, xüsusilə sosial ipoteka üçün böyükdür. Ümumi ipotekada isə 15-25 faiz arası bir baraj müəyyən olunub. Bu, daha çox subyektiv məqamlarla yadda qalacaq. Baraj kommersiya banklarının bu məsələlərdə öz xeyirləri üçün hərəkət etməsinə gətirib çıxaran bir stimul rolunu oynayacaq.
Bu gün ipoteka almaq istəyən ailənin aylıq gəliri 1150 manatdan yüksək olmalıdır. İpoteka sosial mahiyyətli bir aksiya olmalıdır. Kommersiya bankları bu məsələdə ədalətli davranmalıdırlar. Azərbaycanda ipoteka kreditləşməsinə etimad aşağı düşüb. Həm də ipoteka əlçatanlığı da aşağı düşüb”.

© Kanal13-ə məxsus hər hansı video material yalnız youtube.com/kanal13az hesabına link verilməklə yayımlana bilər. Materialların loqolu və ya loqosuz başqa youtube hesablarına, saytlara və ya sosial şəbəkələrə yüklənərək yayılması qanunla məsuliyyət yaradır və şikayət ediləcək.

▌▌►Website: http://kanal13.tv/
Facebook Official Page: http://www.facebook.com/tvkanal13
Facebook FanPage: https://www.facebook.com/kanal13fanclub
Twitter: https://twitter.com/#!/Kanal13_Baku
https://plus.google.com/+Kanal13AZ/posts
http://ok.ru/kanal13
https://vk.com/kanal13tv
https://www.instagram.com/kanal13tv

Click & Subscribe to the main youtube Channel:
http://www.youtube.com/channel/UC_TneqvSfh-KsIyZMlJjVsQ?sub_confirmation=1
Online Radio BakuFm: http://baku.fm/
Facebook Official Page: https://www.facebook.com/RadioBakuFM

© KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan

Mövzuyla əlaqəli məqalələr