Aktual

"15 iyuna gedən yol 4 iyun qiyamının yatırılmamasından başlaməşdı" - İlham İsmayıl

"Çünki, Elçibəy hakimiyyəti Heydər Əliyevə verəcəyinə dair qərar qəbul etmişdi"

"Gəncədə uğursuz əməliyyatdan sonra qiyam baş verdi. Qiyamın başında Sürət Hüseynov dayanırdı. Müdafiə naziri Dadaş Rzayevi qiyamın gedişində tapmaq mümkün deyildi. Bütün əməliyyatların B variantı olmalı idi. Ən maraqlı odur ki, niyə qiyam yatırılmadı. Dövlətə qarşı çıxmış hərbi qüvvəni ram etmık lazım idi. Gəncədən Bakıya gələn qiyamçıların karvana gəlin karvanına oxşayırdı. Adi bir batalyon bunun qarşısını ala bilərdi və bununla da məsələ bitərdi. İyun qiyamında Sürət Hüseynovun rayonlarda qovduğu icra hakimiyyəti başçılarını vəzifədə AMİP-in yerli təmsilçiləri əvəz edirdi. Dövlətçilik məsələsində "qardaş qırğını" ifadəsini istifadə etmək olmaz. Dövləti qorumaq üçün nə qardaş qırğını hətta yüzlərlə insan ölə bilər. Heydər Əliyev 1994 -cü ildə Sürət Hüseynovçuların 2-ci qiyamını bu yolla yatırdı hətta orda əsas rol oynayanlara Milli Qəhrəman adı verildi. Qiyam yatırılmalı idi, bu qiyama dəstək verən siyasi müxalifətə qarşı çox sərt addımlar atılmalı idi. Dövlət gücünü göstərməli idi. Heydər Əliyev siyasi müxalifətə, qiyamçılara və separatçılara qarşı bu gücü göstərdi. Amma Əbülfəz Elçibəy bu gücü göstərə bilmədi. Cinayətkarın əlində silah varsa, silahla da məhv edilməli idi. Dövlətçiliyin qorunması üçün bütün bunlar xırda addımlar idi. Qarabağda atəşkəs elan eiləndə ermənilər bir-birini təbrik etmişdi" - İlham İsmayıl

Mövzuyla əlaqəli məqalələr