Aktual

"Hətta eşidəndə ki, orda bomba var fikirləşdim ki, adam olmasın içində amma qoy partlayıb dağılsın"

Şahbaz Xuduoğlu: "Bir nəşriyyat niyə böyük bir dövlət üçün təhlükə olsun ki?!"

"Axtarış zamanı mətbəədən xeyli yarımfabrikat kağız materialları götürüldü, amma bomba tapılmadı. Ehtimal var ki, bu bizim ailəmizə olan basqıdır. İctimai-siyasi fəaliyyətlə məşğul deyiləm ki, ancaq kitab nəşr edirəm. Görünür bunlarda kitaba qarşı xüsusi bir düşmənçilik var. İlqar Məmmədovun ad günü ilə bağlı bizə flayer sifariş edilmişdi. Bəlkə onunla bağlı narahatlıq olub. Bir məmurun böyük imkanların var deyə hər kəsi əzib sıradan çıxarmalıdır? Bir nəşriyyatın bağlanmasında uduzan tərəf ancaq Azərbaycan cəmiyyətidir. Gömrük Komitəsini məhkəməyə vermişik, çünki xaricdə çap edib ölkəyə gətirmək istədiyimiz 2 kitabı Gömrük Komitəsi ölkəyə buraxmır. Ölkədə senzura yoxdursa, Gomrük Komitəsi necə senzura tətbiq edə bilər? Qanun nəşriyyatı rüşvət verməyib, verməyəcək də, dövlət əleyhinə bir iş görməyib görməyəcək də... Problemləri nə qədər ora-bura məktub yazmaqla həll etmək olar, gərək ölkədə hüquq müstəvisində həll edə biləsən. Bomba da partlasa daxili müvazinətimi qorumağa çalışıram. Dünyada hər şeyin bir maddi dəyəri var. Hətta insanın belə. Buna görə kimsə çıxıb mənə desə ki, Qanun nəşriyyatını almaq istəyirəm, sataram. Çünki realist adamam. Hətta eşidəndə ki, orda bomba var fikirləşdim ki, adam olmasın içində amma qoy partlayıb dağılsın ora. Çünki həddindən artıq üzücü problemlərı var bu nəşriyyatın. Bu azad sahibkarlığın mənzərəsidir" - Şahbaz Xuduoğlu

Mövzuyla əlaqəli məqalələr