Aktual

"Avropa Birliyi ölkələrinin 20 səfirinin Cəmil Həsənli və Əli Kərimli ilə görüşməsi sübut etdi ki..."

İbrahim İbrahimli: "Bu o deməkdir ki, Qərbin İlham Əliyevə alternativi var"

"Qərbin Azərbaycan hakimiyyətinə münasibəti dəyişməyib. Guardian qəzeti hakim ailənin nəzarətində olan Ata Bankın və Paşa Bankın devalvasiya zamanı əldə etdiyi 100 milyonlardan bəhs edən yazı yazıb. Yeni dünya düzəninin formalaşdırılmasında demokratiya ilə avtoritarizm arasında çox sərt mübarizə gedir. Nə qədər ki, İlham Əliyev götürdüyü öhdəlikləri yerinə yetirməyib, Qərb hakimiyyətə güzəşt etməyəcək. Avropa Birliyi ölkələrinin 20 səfirinin Cəmil Həsənli və Əli Kərimli ilə görüşməsi sübut etdi ki, Qərbin İlham Əliyevə alternativi var. İlham Əliyevin xarici siyasəti ilə daxili siyasəti bir birini tamamlamır. İndi İlham Əliyev 23 illik hakimiyyətini qoyub bir kənara Xalq Cəbhəsinin bir illik hakimiyyətinin üstünə düşüb. Bilin ki 4 iyunun mənfi qəhrəmanları Nemət Pənahlıdır, Rəhim Qazıyevdir, Tofiq Qasımovdur, rəhmətlik Ədalət Rəhimlidir, Sürət Hüseynovdur və digərləridir. Azərbaycanın tarixini, mahiyyətini dəyişməyə cəhd edirlər" - İbrahim İbrahimli

Mövzuyla əlaqəli məqalələr