Aktual

"AzTV dövlətdən bu sədrin vaxtında 661 mln manat pul alıb - Qafqazın bütün TV-lərin ümumi büdcəsindən daha çox!"

"Bu adamın bütün azad mətbuata müharibə elan etməyə gücü çatmaz" - Qulu Məhərrəmli

"AzTV haqqında bir az sərt tənqid dedikdən sonra onlar 2 saat 45 dəqiqəlik video süjet hazırlayıb mənim haqqımda və xoşagəlməyən ifadələrlə özlərindən olsa məni "ifşa" etmək istəyiblər. Haqqımda ekzotik ittihamlar istifadə ediblər. Oxuyanda həm gülməyim gəlir həm də, təəssüflənirəm. Mən öz sözümü deyib tənqidimi edirəm, qalan işlər əxlaqıma uyğun deyil. Azərbaycanda vicdanlı insanlar kifayət qədər çoxdur. Çox insanları pulla ələ almaq mümkün deyil. Bəyəm bir adama deyəndə sən qeyri peşəkarsan, bu təhqirdirmi?!  Mətbuat yazmışdı ki, AzTV bir ildə 577 min manatlıq kaset alıb. Bu 4-5 kamaz kaset edir. Heç AzTV-nin videotekası bu qədər kaseti tuta bilməz. AzTV dövlətdən indiki sədrin vaxtında 661 milyon manat vəsait alıb. Bu Cənubi Qafqazdakı bütün televiziyaların büdcəsindən çoxdur. Bəs hanı görülən iş?"

Mövzuyla əlaqəli məqalələr