Aktual

"Əliyev hökuməti bilsin ki, daha Turkiyə ilə Rusiya arasında manevr etmək mümkün deyil" - İbrahim İbrahimli

"Türkiyə ilə Rusiya arasında çox kəskin ziddiyyətlər yaranıb"

"Əliyev höküməti bilsin ki, daha Rusiya ilə Türkiyə arasında manevr etmək mümkün deyil. Rusiya ilə Türkiyə arasındakı gərginlik artıq Azərbaycana da sirayət edib. Azərbaycanla Rusiya arasında elə kəskin ziddiyyətlər, elə antoqonist ziddiyyətlər yaranıb ki, belə məqamda seçim etmək lazmdı. Daha Rusiya ilə Türkiyə arasında manevr etmək mümkün deyil. Azərbaycan hökumətinin xarici siyasəti daxili siyasətini tamamlamır. Bu qədər siyasi problemlərin olduğu bir ölkədə, hökümətin foması ilə məzmunun fərqli olduğu bir mühitdə belə siyasət  problem yaradır. Mütləq strateji seçim etmək lazımdır. Terror aktları ilə verilən mesajları nəzərə almaq lazımdır " - İbrahim İbrahimli Aktual # 75

Mövzuyla əlaqəli məqalələr