Aktual

Ölkədə o qədər aktiv insanlar həbsdədir ki, düşünürsən hökuməti qıcıqlandırıb bir də həbsə düşməyə dəyərmi?

Bəxtiyar Hacıyev: "Azərbaycanda siyasi məhbuslar məsələsi alver predmetidir"

"Siyasi məhbusları müdafiə etmək üçün ən yaxşı iş onları səs-küylə müdafiə etməməkdir. Sosial şəbəkələrdə 3-5 tənqidi fikir yazmaq siyasi aktivlik deyil. Ölkədə bütün siyasi partiyaların fəaliyyəti çox passivləşib. 2010-cu ildə böyük hədəflərimiz var idi. 2010 cu il Parlament seçkilərindən sonra həbs edildim. Həbsdən sonra məsələrə tama başqa bir pəncərədən baxmağa başlayırsan. Heç kim 2-ci dəfə həbsə düşmək istəmir. İndi ölkədə o qədər aktiv insanlar həbsdədir ki, düşünürsən hökuməti qıcıqlandıran addım atıb yenidən həbsə düşməyə dəyərmi?! Siyasi məhbusların azadlığı üçün daha geniş kampaniyaların aparılması bəzən onların daha uzun müddətə həbsdə qalmasına səbəb olur. Azərbaycan höküməti nə daxili nə də, xarici olan kampaniyalara görə siaysi məhbusları azad etmək qərarı vermir. ABŞ-da konqresmen Kristofer Smitin ötənilki qanun təşəbbüsündən sonra Azərbaycan hökuməti buraxmaq istədiyi siyasi məhbusları belə azad etmədi"

Mövzuyla əlaqəli məqalələr