Aktual

"Bəzi jurnalistlərə heç nə yazmamağı üçün yaxşı pul verirlər"

Elçin Şıxlı: "Elə adamlar ki, onları görəndə utanıram ki, mən də jurnalistəm"

"Elmar Hüseynovun qətlindən sonra hamımız şok yaşadıq amma qorxmadıq. Əhalinin bir qismi qocalı - cavanlı mahni müsabiqələrində iştirak edir. Çünki düşünürlər ki, bu ölkədə ancaq mahnı oxuyanlar yaxşı pul qazanırlar. Azərbaycanda oliqarxlar yoxdur məmurlar var. Bir vaxt ağzından od tökülən gənc jurnalistlər sonralar çətinliklərə görə y jurnalistikadan getdilər ya da mövqelərini dəyişib tənqid etdikəri məmurlara qoşuldular. Elmar Hüseynovun qətli siyasi qətldir. Con Kennedidən tutmuş indiyədək heç bir siyasi qətlin üstü ictimaiyyət üçün açılmayıb. Rafiq Tağı da sifarişlə qətlə yetirilib. Rasim Əliyevin işində isə ictimai şüurda belə bir fikir yaranmışdı ki, jurnalistə nə edirsən et, sənə cəza yoxdur. Elə adamlar ki, onları görəndə utanıram ki, mən də jurnalistəm. Normal jurnalistika müstəqil və tənqidçi mediadır. Rauf Mirqədirovla bağlı hələ də ümidimi itirməmişəm. Onun işi tamam qurma və  məntiqsiz bir işdir".

Mövzuyla əlaqəli məqalələr