Hüquq İşığında

"Tutulsam anama və uşaqlarıma kim çörək aparacaq" - regionlarda ictimai aktivlərə basqı artıb

Raqif Məlikov: "Hökümət ictimai aktivliyin qarşısını aktiv olan şəxslərin geniş rezonans doğuran həbsi ilə almağa çalışır"

 

“Azərbaycanda bu gün ən böyük problem insnaların təhlükəsizlik məsələsindədir. Çünki siyasətlə məşğul olan, ölkənin ictimai həyatında aktiv iştirak edən, aktiv müstəqil media qurumlarında çalışan hər bir insan özünü təhlükədə hiss edir. Reallıq budur ki, bu adamlar həm həbs oluna bilər, həm də özü və ya ailə üzvləri təqibə məruz qala bilər. Bu böyük bir problemdir. Mən öz üzərimdə bu problemi hiss edirəm" - deyə jurnalist, regional hüquq müdafiəçisi Raqif Məlikov mətbuata verdiyi açıqlamasında bildirib.

Qeyd edək ki, davamlı olaraq höküməti və məmurların apardığı siyasəti tənqid edən Məlikova qarşı ciddi basqıların olması və son dövrlər daha da artması ilə bağlı mətbuat orqanlarında məlumatlar yayılır.  Onun verdiyi son açıqlama da bunu təsdiq edir: "Əgər biz demokratik ölkə qurmaqdan danışırıqsa bu cür biyabırçılıqlara yol verilməməlidir. İnsan haqqlarının biyabırçıcasına tapdandığı belə şeylər olmamalıdır. Mən gözləyirdim ki, islahatlar olcaq. İqtisadi vəziyyətin daha da pisləşdiyi bir zamanda ehtimal edirdim ki, hökümət siyasi islahatlar da apacaq və aktiv insanlara qarşı təzyiqlər azalacaq. Əgər hökumət bu işlə əlaqədar dialoqa gedərsə,bu islahatlara gedərsə, tam sakitliklə bu islahatlar olarsa bizim durum da yaxşılığıa doğru dəyişər. Əks halda ölkədə hakimiyyət dayişikliyi və hətta deyərdim ki, toqquşmalar qaçılmazdır".

Qeyd edək ki, ötən illərdə Azərbaycanda azad mediaya, siyasi partiyalara, müstəqil QHT-lərə və iitimai aktiv şəxslərə qarşı basqıların artdığı bildirilir. Müstəqil jurnalistlər və ictimai fəallar əvvəllər olduğu kimi təqib olunub, xuliqanlıq və böhtan ittihamları ilə həbs ediliblər. Bu barədə "Amensty İnternational" təşkilatı da daxil olmaqla bir çox beynəlxalq hüquq müdafiə təşkilatları davamlı məlumatlar yayırlar.  Azərbaycan höküməti bu iddiaları yalanlasa da, həm ictimai-siyasi fəallar həm də beynəlxalq təşkilatlar bunu əksini çoxlu faktlarla sübut etməyə çalışırlar.  Beynəlxalq qurumlar qeyd edir ki, Azərbaycanda küçə etirazları faktiki olaraq qadağandır. Son illər özəlliklə də hökumətin hüquq müdafiəçilərinə təzyiqi davam etdiməsi barədə fikirlər çox müzakirə edilməkdədir.

İxtisasca jurnalist olan və Mingəçevir bölgəsi üzrə hüquq müdafiəçisi kimi tanınan Raqif Məlikov da ona qarşı olan hücumların dözülməz olduğunu deyir: "Fuad Qəhrəmanlının və Seymur Həzinin həbsləri hələ o demək deyil ki, hökümət yalnız tanınmlş ictimai siyasi aktivləri və siyasətmiləri həbs edir. Məsələn gənc fəal Amid Süleymanovun həbsi, NİDA hərəkatının üzvü Bayram Məmmədov və Qiyas İbrahimovun həbsləri ona deməyə əsas verir ki, hökümət ictimai aktivliyin qarşısını aktiv olan şəxslərin geniş rezonans doğuran həbsi ilə almağa çalışır ki, başqalarını da qorxuda bilsinlər".  

R. Məlikov özünün də həbs edilə biləcəyini istisna etmir: "Son günlərdə basqılar çox artıb. Xüsusilə regionlarda paytaxt Bakıya baxanda hətta daha çox təzyiqlər olur. Hər gün həbsimi gözləyirəm, çünki mənə dəfələrlə göndərilən "sus" təklifinə fikir verməyib ictimai aktivliyimi davam etdirirəm və sosial şəbəkələrdə də fikirlərimi yazmağa davam edirəm. Ona görə də hər gün gözləyirəm ki, arxamca gələcəklər". Jurnalist əlavə edib ki, öz həbsindən qorxmur, evdə olan qoca anasından və körpə uşaqlarının necə dolancağından narahatdır: "Elçibəy deyirdi, tutulmaq qızılca çıxartmaq kimi bir şeydir. Sadəcə elə olsa ailəmə kim çörəkpulu gətirəcək, məni qayğılandıran budur".

Mövzuyla əlaqəli məqalələr

Tarix:

Hüquq İşığında 12

"Hüquqi pozuntuya yol vermiş təşkilat haqqında götürülən ölçü bəzən adekvat olmur" Hüquq İşığında 12-cu buraxılış (2015)