Haqqımızda

Kanal13 — Azərbaycanda ilk peşəkar İnternet Televiziyasıdır. Kanal13 2008-ci il oktyabrın 10-dan canlı yayımlanır. Kanal13 internet televiziyasının saytında bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 22:00-dək müxtəlif verilişləri canlı izləmək mümkündür. Kanal13 həm də özlərini digər efir məkanlarında azad ifadə etməyə imkan tapmayan QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin və digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaradır.

Kanal13 dünyanın istənilən yerindən izlənməsi mümkün olan, çox interaktiv — canlı efirə öz facebook və twitter ünvanınızdan suallar ünvanlamaq imkanı olan televiziyadır.  Siz Kanal13 vasitəsilə YouTube hesablarıımıza (youtube.com/kanal13azyoutube.com/tvkanal13) abunə (Subscribe) olmaqla ən son videolarımızı hamıdan birinci izləyə, şərhlər və təkliflər yazıla bilər, Skype vasitəsilə TVKANAL13 ünvanına video zəng edilərək canlı efirdə görünməklə müzakirələrdə əyani formada iştirak edə bilərsiniz. Kanal13 öz fəaliyyətində tərəfsizlik və qərəzsizlik prinsiplərini rəhbər tutaraq, izləyicilərinə mövqe deyil, baxış bucağı təqdim edən, heç bir siyasi qüvvədən asılılığı olmayan alternativ efir məkanıdır. Kanalın məqsədi Azərbaycanın inkişafı, ərazi bütövlüyünün bərpası üçün səy göstrərmək, eləcə də azad mətbuatın, müzakirə mədəniyyətinin, alternativ özünü-ifadə vasitələrinin, yeni medianın, vətəndaş cəmiyyətinin, həmçinin demokratiya və fikir plüralizminin inkişaf etdirilməsinə ciddi töhfə verməkdir.