Xəbərlər

Vergi əməkdaşları sahibkardan 15000 manat “hesab” istəyir

"Məmurların rüşvət tələbindən işləmək mümkün deyil və bu səbəbdən sahibkarlığın inkişafından danışmaq mümkün deyil"

Kiçik sahibkar Fərhad Həsənov ötən gün media vasitəsilə prezidentə açıq müraciət etmişdir. Müraciətində sahibkar 2007-ci ildən biznes qurduğunu, lakin bu günədək daim maneələrə rast gəldiyini bildirmişdir. F.Həsənov əvvəlcə Şəki rayonunda polis rəisi tərəfindən biznesinin dağıdıldığını bildirir və qeyd edir ki, müraciət etməsinə baxmayaraq heç bir tədbir görülməmiş, əksinə Şəki rayonunu tərk etmək məcburiyyətində qalmışdır. Gənc biznesmen daha sonra Bakıda restoran-kafe işlərilə məşğul olduğunu, o cümlədən 2012-ci ildən 8-ci km ərazisində “Çinar” və “Rəşad” marketlərini işlətməyə başladığını bildirir.

 

 

 

Fərhad Həsənov indiki müraciətinin məhz Vergilər Nazirliyinin əməkdaşlarından olmasını bildirməklə yanaşı qeyd edir ki, müxtəlif yoxlamalar, polis müdaxilələri, icra orqanlarına dəvətlər və s. normal fəaliyyət göstərmələrinə mane olur. Müraciətdə qeyd olunur ki, bu yaxınlarda Vergilər Departamentinin əməkdaşı Şakir müəllimin dəvətilə gedən sahibkara illik pul verməsi haqqında məlumat verilib. O, qeyd olunan 15000 manat məbləği verməkdən imtina etdiyini, lakin məsələnin bununla yekunlaşmayacağını bildirərək kömək istəyir. F.Həsənov ölkədə sahibkarlığın inkişafıyla bağlı dövlət proqramlarının olmasını, sahibkarlara dövlətin dəstək verməsini, prezidentin daim sahibkarlığın inkişafına diqqət göstərəcəyini xatırladır. O, bu xatırlatma ilə bildirir ki, məmurların rüşvət tələbindən işləmək mümkün deyil və bu səbəbdən sahibkarlığın inkişafından danışmaq mümkün deyil.

F.Həsənov öz müraciətinin sonunda ölkə başçısından baş verənlərə təcili müdaxilə etməsini, aidiyyatı qurumların öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməsi üçün müvafiq tapşırıqlar verməsini xahiş edir və problem yaradanların cəzalandırılmasını tələb edir. 

Mövzuyla əlaqəli məqalələr