Xəbərlər

Əfqanıstanda diplomatik missiyalar yerləşən bölgəsində güclü partlayış baş verib

Səhər saatlarında Əfqanıstanın paytaxtı Kabilin diplomatik missiyalar yerləşən bölgəsində güclü partlayış baş verib.

Səhər saatlarında Əfqanıstanın paytaxtı Kabilin diplomatik missiyalar yerləşən bölgəsində güclü partlayış baş verib.
Trend-in məlumatına görə, partlayış nəticəsində Almaniya, Fransa, Misir, Çexiya səfirlikləri ilə yanaşı, Türkiyə səfirliyinin binasına da ziyan dəyməsi barədə məlumat verilib. Türkiyə səfirliyinin əməkdaşları arasında həlak olan və xəsarət alanlar barədə hələ məlumat verilməyib.

Son məlumata görə, hadisə nəticəsində azı 90 nəfər həlak olub, 380 nəfər yaralanlb.

Yaralananlar arasında səfirliklərin də əməkdaşları olub.

Mövzuyla əlaqəli məqalələr