Xəbərlər

Tələbələrin etirazı öz müsbət nəticəsini verdi

Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahanı ilə bağlı tələbələrin etirazı nəticə verdi.

Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahanı ilə bağlı tələbələrin etirazı nəticə verdi. Bu gün universitetin Elmi Şurasının iclası keçirilib.
İclasda etiraz edən tələbələrdən bir qismi və universitet rəhbərliyi iştirak ediblər.
Müzakirələr nəticəsində dövlət imtahanı ilə bağlı qərar dəyişdirilib. ADU-nin informasiya departamentindən verilən açıqlamada kadr hazırlığı və tələbələrin istəyi nəzərə alınaraq yekun qərarın verildiyi bildirilib. 
Qərara əsasən, dövlət imtahanı əvəzinə tələbələrə iki variant təqdim ediləcək. Belə ki, onlara ya iki fəndən hərəsindən 50 sual olmaqla test imtahanı, ya da minimum 5 səhifəlik diplom işi yazmaq təklif olunacaq.Həmçinin yekun attestasiyanın uğurla aparılması üçün yay imtahan sessiyasının müddətinin uzadılması məqsədəuyğun hesab edilib. Buna qədər isə iclasın gedişində universitetin həyətinə toplaşan tələbələr onların xeyirinə olmayacaq heç bir qərarla razılaşmayacaqlarını bildiridilər. Yekun qərarın elan olunmasından sonra isə tələbələr edilən dəyişiklərin və alınan qərarın onlara sərfəli olduğunu, təklif edilən variantlardan birinin tələbələrin istəyi nəzərə alınaraq,Elmi Şuranın iclasında təsdiqlənəcəyini bildirdilər.

Mövzuyla əlaqəli məqalələr