Xəbərlər

Bakıkartlardakı problemlərin kökündə texniki məsələlər dayanır yoxsa...?

Paytaxtda həm metro, həm də marşurut avtobuslarında istifadə olunan "BakıKart"larla bağlı son vaxtlar çoxsaylı şikayətlər eşidilməkdədir.

Paytaxtda həm metro, həm də marşurut avtobuslarında istifadə olunan "BakıKart"larla bağlı son vaxtlar çoxsaylı şikayətlər eşidilməkdədir.Sərnişinlər karta yüklədikləri məbləğdən bir gedişdən sonra daha çox pul çıxılmasının şahidi olduqlarını bildirirlər.
Anoloji halların artması sərnişinlər arasında narazılığı da artırır. Ekspertlər isə bu cür xoşagəlməz vəziyyətlə bağlı onlarda da məlumat olduğunu bildirirlər. Sakinlər arasında apardığımız sorğu zamanı bir neçə nəfər adı çəkilən problemlə qarşılaşdıqlarını desələrdə kamera qarşısında danışmaqdan imtina etdilər. 
Vahid ödəniş kartları ilə əlaqədar digər şikayətlərdən biri isə ödəmə aparatları ilə bağlı idi. Belə ki, bir çox sərnişinlər balanslarını artırdıqları zaman ödənilən məbləğin karta yüklənməməsindən şikayətçidirlər.
Hər iki məsələ ilə bağlı BakıKart ilə əlaqə saxladıq. Oradan isə bizə bldirdilər ki, belə problemlərin kökündə bir çox hallarda sərnişinlərin öz balanslarını yaddan çıxardmaları olur ki, bu da sonradan anlaşılmazlıqlara gətirir. Bu cür problemlərlə qarşılaşan şəxslərin birbaşa Bakıkart sisteminə məlumat verməli olduqlarını dedilər.

Mövzuyla əlaqəli məqalələr