Xəbərlər

İyun ayında növbəti əfv sərəncamı imzalana bilər

İyun ayında Azərbaycanda növbəti əfv sərəncamı imzalanacağı barədə məlumatlar yayılıb.

İyun ayında Azərbaycanda növbəti əfv sərəncamı imzalanacağı barədə məlumatlar yayılıb.

İyun ayında Azərbaycanda növbəti əfv sərəncamı imzalanacağı barədə məlumatlar yayılıb. Bu barədə musavat.com məlumat verib. Saytın bildirdiyinə görə, əfv sərəncamı 26-27 iyun tarixində icra oluna bilər. Qeyd edək ki, 26-27 iyunda ölkəmizdə Ramazan bayramı və Ordu günü qeyd olunacaq. Hüquq müdafiəçisi Novella Cəfəroğlu musavat.com-a açıqlamasında bildirib ki, onlar da yaxın zamanlarda əfv sərəncamının imzalanacağını gözləyirlər. Azərbaycanda sonuncu əfv sərəncamı bu ilin 17 mart tarixində imzalanıb. Əfv ümumilikdə 423 məhbusa şamil edilmişdi. Azadlığa çıxan şəxslərin içərisində 4 siyasi məhbus da var idi.

Mövzuyla əlaqəli məqalələr