Xəbərlər

MirŞahin Ağayevin qardaşı həbs olundu

Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı həbs olunub.

Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı həbs olunub.
O,dələduzluqda ittiham edilir.
Məlumata görə Mirəddin Ağayev barəsində istintaq hələ ötən ilin noyabrında başlayıb. Belə ki, Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş, Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib.
Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra Mirəddin Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.
Qardaşının həbsini şərh edən Mirşahin Ağayev virtualaz saytına müsahibəsində bildirib ki, Mirəddin Ağayevin saxlanılması xəbərini KİV-dən öyrənib: “Əgər qardaşım doğrudan da cinayət törədibsə, qanunun tələbinə uyğun cəza çəkməlidir. Azərbaycan qanunları qarşısında hamımız bərabərik. Qohumluq əlaqələrimizin məsələyə heç bir aidiyyatı yoxdur”.
M.Ağayev həmçinin əlavə edib ki, qardaşının həbsi ilə bağlı heç kimə xahişlə müraciət etmək fikrində deyil

Mövzuyla əlaqəli məqalələr