Xəbərlər

Satışdakı çiyələklər zəhərlidirmi? "Onların geni modifikasiya edilib" - ekspert

Son zamnlar Bakı küçələrinin bir çox yerlərində çiyələk satanlara rast gəlinir. 

Son zamnlar Bakı küçələrinin bir çox yerlərində çiyələk satanlara rast gəlinir. Satılan çiyələklər iriliyi ilə seçilir.Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov musavat.com-a açıqlamasında bildirib ki, çiyələklər ölkəmizə İsraildən gətirilib: "Bizdə olan məlumatlara görə, bu çiyələklər İsraildən gətirilib. Bunlar da Genetik Modifikasiya Olunmuş çiyələklərdir. Vaxtından əvvəl çıxarılan çiyələklərin tərkibində təkcə GMO yox, eləcə də onlara verilmiş gübrələrin komponentləri var. Çiyələk torpaqla təmasda olur və ən zərərli bakteriyalarla yoluxur. Güman olunur ki, satışda olan çiyələklər təhlükəli, insanları zəhərləyən çiyələklər ola bilər." Deyə Eyyub Hüseynov bildirib. Qeyd edək ki, geni modifikasiya uğramış məhsullar 21-ci əsrin ən böyük problemlərindən birinə çevrilib. Bu məhsullardan mütamadi istifadə edən şəxslərin ağır xəstəliklərə tutula riski daha böyükdür.

Mövzuyla əlaqəli məqalələr