Xəbərlər

Kanal13-ün Bakı ofisinin rəhbəri həbs olundu

 Kanal13 hər zaman azad media olmağa çalışıb və bacardığı qədər olub: biz xəbərləri xalqa çatdırmışıq, xəbərə şərh verməmişik

Kanal13 internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov mayın 2-də səhər saatlarında həyat yoldaşı telekanalın redaktoru Lamiyə Çerpanova ilə evdən çıxıb işə gedərkən yolda Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Hər iki əməkdaşımız heç bir izahat verilmədən, normal hüquqi cəmiyətə xas bir şəkildə polis edarəsində dəvət etmək mümkün ikən, zorakılıla avtomobildən düşürdülərək Nəsimi Rayon Polis idarəsinə aparılıblar və bür müddət sonra isə Lamiyə Çerpanova buraxılsa da, Əziz Orucov gün ərzində polis idarəsində dindirildikdən sonra, barəsində qərar verilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılıb. O,xuliqanlıqda ittiham edilir. Kanal13 hər zaman azad media olmağa çalışıb və bacardığı qədər olub: biz xəbərləri xalqa çatdırmışıq, xəbərə şərh verməmişik. İqtidarı da, müxalifəti də işıqlandırmışıq.

Mövzuyla əlaqəli məqalələr