Xəbərlər

Kanal13-ün direktoru 30 sutkalıq həbs edildi: Əziz Orucov polisə müqavimətdə ittiham edilir

Kanal13 internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov mayın 2-də səhər saatlarında həyat yoldaşı və telekanalın redaktoru Lamiyə Çerpanova ilə evdən çıxıb işə gedərkən yolda Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.

Kanal13 internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov mayın 2-də səhər saatlarında həyat yoldaşı və telekanalın redaktoru Lamiyə Çerpanova ilə evdən çıxıb işə gedərkən yolda Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Hər iki əməkdaşımız heç bir izahat verilmədən, normal hüquqi cəmiyətə xas bir şəkildə polis edarəsində dəvət etmək mümkün ikən, zorakılıla avtomobildən düşürdülərək Nəsimi Rayon Polis idarəsinə aparılıblar və bür müddət sonra isə Lamiyə Çerpanova buraxılsa da, Əziz Orucov gün ərzində polis idarəsində dindirildikdən sonra, barəsində qərar verilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılıb və 30 sutkalıq həbs edilib. O, xuliqanlıqda ittiham edilir.

Mövzuyla əlaqəli məqalələr