Xəbərlər

25 yaşlı ana və 2 uşağı itgin düşdü

Bakıda ana və iki körpəsi itkin düşüb.

“Kanal13” Lent.az-a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsi 37-ci Polis Bölməsinə müraciət edən 39 yaşlı Ürfan Maqsudov (ad və soyadlar şərtidir) bildirib ki, həyat yoldaşı və iki azyaşlı övladı itkin düşüb.
 
Gecə saatlarında polisə müraciət edən şəxs bildirib ki, həyat yoldaşı, 25 yaşlı S.M 5 yaşlı qızı və 3 yaşlı oğlu ilə martın 27-də saat 11 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Şikayətçi ailə üzvlərinin fotolarını və xarakterik əlamətlərini polisə təqdim edib. O, qadının və uşaqlarının tapılaraq evə qaytarılmasını xahiş edib.
 
Axtarış tədbirləri həyata keçirilir.

Mövzuyla əlaqəli məqalələr