Xəbərlər

Tiflisdə bayram: Bu gündən gürcülər Avropaya vizasız səfər edəcəklər

Martın 28-dən etibarən Gürcüstan vətəndaşları Avropaya vizasız səfər edə biləcəklər. Bu gün Avropa İttifaqı ilə vizanın liberallaşdırılmasının qüvvəyə minməsi ilə bağlı Tiflisdə konsert təşkil olunub.

Martın 28-dən etibarən Gürcüstan vətəndaşları Avropaya vizasız səfər edə biləcəklər. Bu gün Avropa İttifaqı ilə vizanın liberallaşdırılmasının qüvvəyə minməsi ilə bağlı Tiflisdə konsert təşkil olunub.
Baş nazir Giorgi Kviri kaşvili Qala konsert keçirilən tədbirdə canlı yayıma çıxaraq vizanın ləğv olunması münasibətilə Gürcüstan vətəndaşlarını təbrik edib.
Gürcüstan Barışıq və Vətəndaş məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğalı APA-ya açıqlamasında deyib ki, Gürcüstanın növbəti məqsədi Avropa Birliyinə üzv olmaqdır:
Sitat---“Gürcüstanda demokratiya dəyərlərinin qorunması, üzərimizə götürdüyümüz islahatların, öhdəliklərin düzgün həyata keçirilməsi öz bəhrəsini verib. Bu, bütün Gürcüstanın sevincidir. Gürcüstan hökumətinin növbəti məqsədi isə Avropa Birliyinə üzv olmaqdır. Güclü, təhlükəsiz, azad Gürcüstan üçün bu məqsədə nail olmaq isə bizim arzumuzdur”.
Xatırladaq ki,Viza liberallaşması ilə bağlı Gürcüstan və Aİ arasında danışıqlar 2012-ci ildən aparılır. Gürcüstan üçün viza liberallaşması ilə bağlı müsbət rəy Avropa Komissiyası tərəfindən 2015-ci ilin dekabrında dərc olunub.
2017-ci il fevralın 2-də Avropa Parlamenti 553 lehinə, 66 əleyhinə olmaqla Gürcüstan üçün vizasız rejimin tətbiq olunması haqda qərarı dəstəkləyib.

Mövzuyla əlaqəli məqalələr