Xəbərlər

"Hansı məmurun qapısını döyürəm,rüşvət istəyir"-Başından güllə yarası alan Qarabağ əlili müalicəsi üçün pul tapmır

Gəncə şəhərində yaşayan 2-ci qrup müharibə əlili Mahmud Abbasov 73 manat pensiya aldığını amma bu pulla dolana bilmədiklərini deyir. Ailəli, bir uşaq atası olan keçmiş döyüşçü əsəb xəstəliyindən əziyyət çəkdiyini bildirir. 

Gəncə şəhərində yaşayan 2-ci qrup müharibə əlili Mahmud Abbasov 73 manat pensiya aldığını amma bu pulla dolana bilmədiklərini deyir. Ailəli, bir uşaq atası olan keçmiş döyüşçü əsəb xəstəliyindən əziyyət çəkdiyini bildirir. Müxtəlif vaxtlarda bir neçə bankdan müalicəsi üçün kredit götürdüyünü deyən Mahmud dövlət tərəfindən yardım olunmamasından şikayət edir. O, Gəncə şəhər icra hakimi Elmar Vəliyevin qəbulunda da olub və icra başçısı onun müalicəsinə kömək göstrilməsi ilə bağlı göstəriş versə də bu günədək müxtəlif formalarda ona yardım edilmədiyini bildiri. Çıxılmaz vəziyyətə düşdüyünü deyən Qarabağ əlili indi hər kəsdən kömək istəyir.

Mövzuyla əlaqəli məqalələr