Xəbərlər

"D.Medvedyev istefa versin"-Rusiyanı etiraz dalğası bürüdü

Kanal13 Rusiya mediasına istinadən xəbər verir ki, martın 26-da Rusiyanın bir neçə şəhərində minlərlə insan küçələrə çıxaraq Rusiyanın baş naziri Dmitri Medvedevin istefasını tələb ediblər. Aksiya iştirakçıları Rusiya hakimiyyətinə, birbaşa olaraq Medvedevin ünvanına tənqid və təhqirlər səsləndiriblər. Polis aksiyaya müdaxilə edib.

Mitinqin təşkilatçısı Rusiyanın müxalifət lideri Aleksey Navalnı polis tərəfindən həbs edilib. Verilən məlumata görə, Rusiyada 2011-2012-ci ildə keçirilən Parlament seçkilərindən sonra baş verən etiraz aksiyalarından sonra hələ belə mitinq keçirilməyib. Keçirilən aksiyalarda insanların sayının 10 mindən çox olduğu bildirilib.
Əvvəlki aksiyalardan fərqli olaraq bu dəfəki mitinqdə rus polisi daha qəddar və kobud rəftarı ilə yadda qalıb.
Rusya daxili işlər nazirinin müavini Aleksandr Qorovoy bəyan edib ki, polis martın 26-dakı kütləvi aksiyalar zamanı xoşagəlməz hadisələrə görə məsuliyyət daşımayacaq.
Hal hazırki məlumatlara görə aksiayalar zamanı 130 -dan çox adam həbs edilib.
Mitinqdən çəkilən görüntülərin Rusiya Kütləvi İnformasiya Vasitələrilə yayılması qadağan edilib. Görüntülər sosial şəbəkələr vasitəsilə yayılıb. 

Mövzuyla əlaqəli məqalələr