Xəbərlər

İrəvanda taksi sürücüsü özünü uşaq bağçasının qapısından asıb

İrəvanda uşaq bağçasının qapısında asılı halda olan kişi cəsədi tapılıb.
 
Bu barədə  Ermənistan KİV-i xəbər verir.
 
Hadisə yerinə gələn polis əməkdaşları və müstəntiqlər asılmış şəxsin Syunik vilayətinin 38 yaşlı sakini Abraham Ağayan olduğunu müəyyənləşdirə bilib. Olay yeri yaxınlığında, həm də "Opel" markalı taksi avtobili tapılıb.
 
Polisin verdiyi məlumata görə, A.Ağayen evli və iki uşaq atası olub.
 
Eyni zamanda, A.Ağayanın avtomobil təhlükəsizlik kəməri ilə özünü asdığı müəyyən edilib.
Faktla bağlı ekspertiza təyin edilib, istintaq aparılır.

Mövzuyla əlaqəli məqalələr

Tarix:

Həkimlər xəstənin ayağını tərsinə tikdi

Sol ayağının tamamilə kəsiləcəyi dəqiqləşən Aktaşın protezi daha yaxşı istifadə edə bilməsi üçün bud hissədən kəsilərək ayağının tərsinə tikilməsinə qərar verilib.

Tarix:

Surət Hüseynovun cangüdəni bıçaqlandı

Hollandiyada azərbaycanlılar arasında dava düşüb. Dava nəticəsində sabiq baş nazir Surət Hüseynovun cangüdəni olmuş Polad Məmmədov 6 bıçaq zərbəsi alıb