Xəbərlər

İtkin neftçilərin ailələri qərargahda

Baş vermiş hadisə zamanı itkin düşən neftçilərin ailə üzvləri, axtarışların gedişatı ilə yaxından tanış olmaq üçün, Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzində yaradılan axtarış – xilasetmə qərargahında olublar.

Qərargah itkin düşən neftçilərin hər bir ailə üzvünə əməliyyatların gedişatı ilə yerində tanış olmaq imkanını yaradıb.

İtkin düşən neftçilərin ailə üzvləri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin gəmilərinin, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin “Avior” dalğıc gəmiləri və digər yardımçı dalğıc gəmilərinin, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə Nazirliklərinin ümumilikdə 44 gəmi və üzən vasitələrinin, 6 helikopterinin, Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyətin də daxil olmaqla ümumilikdə 700 – dən artıq canlı qüvvənin və nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıclarının sektorlar üzrə, eyni zamanda Bulla, Duvvanı, Gil adalarında və sahil boyu vizual axtarışları davam etdirməsinin, SOCAR – ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi dalğıclarının estakadanın uçub dənizə töküldüyü yerdə 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq təmizlənmə işləri aparmasının, ilk gündən axtarış – xilasetmə əməliyyatlarına cəlb olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz “ROV” sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov” “Təbriz Xəlilbəyli” axtarış – xilasetmə gəmilərinin, uçmuş estakadaların ərazisində 24 saat sualtı video axtarış əməliyyatlarını davam etdirməsinin şahidi olublar.

Mövzuyla əlaqəli məqalələr

Tarix:

“8-ci kilometr” bazarında murdar ət satışı-FOTOLAR

Azərbaycanda murdar, qida üçün yararsız olan ölmüş heyvan ətlərini satışa çıxaran, "Leşyığanlar mafiyası” kimi tanınan qruplaşmanın kökünü kəsmək mümkünsüz görünür. Bu gün ölkə bazarlarında, supermarketlərdə piştaxtalara kolbasa, sosis şəklində belə ətlərin ayaq açmasına dəlalət edən faktlar yetərincədir.

Tarix:

"D.Medvedyev istefa versin"-Rusiyanı etiraz dalğası bürüdü

Kanal13 Rusiya mediasına istinadən xəbər verir ki, martın 26-da Rusiyanın bir neçə şəhərində minlərlə insan küçələrə çıxaraq Rusiyanın baş naziri Dmitri Medvedevin istefasını tələb ediblər. Aksiya iştirakçıları Rusiya hakimiyyətinə, birbaşa olaraq Medvedevin ünvanına tənqid və təhqirlər səsləndiriblər. Polis aksiyaya müdaxilə edib.

Tarix:

Quba-Qusar yolunda ağır qəza: 2 nəfər öldü

40 BN 070 dövlət nömrə nişanlı, "VAZ 2107” markalı və 10 DU 314 dövlət nömrə nişanlı, BMW markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin öldüyü bildirilir. İlkin məlumata görə, onların hər ikisi "VAZ 2107”-də olan şəxslərdir. Faktla bağlı araşdırma aparılır.

Tarix:

110-luq yolda 101-lə radara düşdülər - VİDEO

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, bu texniki səhvdən əlavə sürət həddinin göstəriləndən aşağı olması səbəbindən də baş verə bilər. Ona görə də həmin sürücülər dyp.gov.az saytının şikayətlər bölməsinə yazmalıdır. Məsələ araşdırıldıqdan sonra onlara cavab məktubu göndəriləcək.

Tarix:

Bakıda DYP evakuatoru vətəndaşın avtomobilini bu günə saldı - VİDEO

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, ''Yol hərəkəti haqqında'' qanunun 85-ci maddəsində də qeyd edilir ki, evakuator sürücüsü avtomobilə ziyan vurubsa, bu evakuatorun aid olduğu qurum tərəfindən ödənilməldir. Əgər sürücü dəymiş ziyanı özü həll edibsə, həmin servis tərəfindən məsrəf haqqında arayış alıb, məhkəmyə təqdim edə bilər.

Tarix:

“Anarın işləri ilə məşğul olmuram” - Ziya Məmmədov

Xatırladaq ki, Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakının üzərinə həbs qoyulması haqda məlumat yayılıb. Bu qərar "Paşa Bank” ASC-nin iddiası əsasında Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən bu ilin yanvarında çıxarılıb və orada...