Sosial

İntihar edən iş adamları - daha bir anons verildi

"Mənə başqa yol qoymurlar, özümü öldürəcəm"

Azərbaycanda son 10 ildə onlarla iş adamı intihar edib. Yeni-yeni ananoslar da verilməkdədir. Bütün bunların səbəbi nədir? Ölkənin iqtisadi inkişafımı, yoxsa olmayan haqq - ədalət, korrupsiyalaşmış məhkəmə sistemimi? 2016-cil ildə Bakının Nərimanov rayonunda iş adamı Bilal Aslanov intihar edib. Bir neçə ay əvvəl Fəxrəddin Əliyev adlı nüfuzlu iş adamı, "Farko" şirkətinin sahibi intihar edib. "Sahil D" şirkətinin sahibi Məzahir Cəfərov da intihar edib. Bundna başqa Ucar rayon sakini, 1956-cı il təvəllüdlü Məmmədov Ehsan Aydın oğlu öz evindən asılmış halda tapılıb. "Goranboy Gips" Kombinatının direktoru Goranboy rayon sakini, 1970-ci il təvəllüdlü Fizuli Şabay oğlu Qasımovun odlu silahdan atəş açaraq özünü öldürüb. Bir neçə il əvvəl iş adamı Bəxtiyar Məmmədov 39 yaşında intihar edib. Cəlilabad rayonunun Sabirabad kənd sakini, "Binə” ticarət mərkəzində işləyən, Rusiya və Dubayla biznes sahəsində böyük əlaqələri olan 1965-ci il təvəllüdlü Niyaz Əsgərov özünü yaşadığı evdə asıb. Ötən həftələrdə «Gənclik» metrostansiyasının yaxınlığında iş adamı Kənan Nağıyev «Vinçester» tapançası ilə özünü güllələyib. Amma bu da son deyil: Son günlərdə iş adamı Maqsud Mahmudov da “Mənə başqa yol qoymurlar, özümü öldürəcəm” deyə anans verib. Və bunun ardından Sədərək ticarət mərkəzində dükan sahibi olan, Cəlilabad rayonun sakini Ceyhun Sovzəliyev də öz ölümünün anonsunu verib.

İş adamı ölkədə baş verən haqsızlıqları, halal çörək qazanmaq imkanından məhrum edilməsini, özünün və ailəsinin təhlükə altında olmasını, qanunsuz olaraq aldığı mallar üçün əlavə 180 min manat ödəmə etməyə məcbur edildiyini və s. əsas gətirərək intihar edəcəyini deyib. O deyib ki, canımız da, mal-mülkümüz də bəzi nazirlərin girovluğundadır: “Əmlaklarımızı zorla əlimizdən almaq istəyirlər, üstümə haqsız yerə borc yazıblar. Bəyan edirəm ki, baş verənlərə görə bütün məsuliyyət bu işə havadarlıq edən adamların, nazirlərin üzərindədir. Mənə başqa yol qoymurlar, özümü öldürəcəm”. 

Mövzuyla əlaqəli məqalələr