Sosial

Səhiyyə Nazirliyi vətəndaşın müraciətinə cavab verdi

Bir neçə gün bundan öncə kanal13-ə müsahibə verən Firuz İbrahimov xəstəliyi ilə əlaqədar hökumətin ona təyin etdiyi dərmanları ala bilmədiyindən şikayət etmişdi.

Bir neçə gün bundan öncə kanal13-ə müsahibə verən Firuz İbrahimov xəstəliyi ilə əlaqədar hökumətin ona təyin etdiyi dərmanları ala bilmədiyindən şikayət etmişdi. Şəkər xəstəliyindən və ankolji xəstəlikdən əziyyət çəkdiyini deyən şikayətçi Səhiyyə Nazirliyinin məsələyə etinasız münasibət göstərdiyini bildirirdi. Kanalımızda gedən materialdan sonra Firuz İbrahimovun şıkayətinə Nazirlikdən münasibət gecikmədi. Belə ki, ona təyin olunan dərmanların vaxtlı vaxtında ala biləcəyi ilə bağlı göstəriş verdiklərini deyiblər. Lakin Firuz İbrahimov buna inanmadığını bildirərək, bu cür vədləri çox eşitdiyini deyir. Hər halda problemin hər hansı formada həll olunacağından asılı olmayaraq əsas odur ki, aidiyyatı qurumun yəni Səhiyyə Nazirliyinin münasibəti müsbət nəticənin olacağına ümid yaradır.

Mövzuyla əlaqəli məqalələr