Sosial

"Biz Naxçıvanlıyıq, başınıza oyun açarıq, xoşunuz gəlmirsə çıxın gedin"- Qonşular arasında dava

Bakı şəhəri Naxçıvanski küçəsi 39 ünvanında yaşayan Elvin İbadov qonşuları Rəşad Əhmədov və Pərvanə Əhmədovanın binalarının ön və arxa hissəsində qeyri-qanuni tikinti aparmalarından şikayətçidir.
Elvin İbadovun sözlərinə görə adı çəkilən qonşuları uzun müddətdir ki,gah binanın arxa hissəsində gah da ön hissəsində tikinti ilə məşquldurlar.Bu barədə dəfələrlə etiraz etsə də, qonşular işlərinə dəvət ediblər.

Bakı şəhəri Naxçıvanski küçəsi 39 ünvanında yaşayan Elvin İbadov qonşuları Rəşad Əhmədov və Pərvanə Əhmədovanın binalarının ön və arxa hissəsində qeyri-qanuni tikinti aparmalarından şikayətçidir.
Elvin İbadovun sözlərinə görə adı çəkilən qonşuları uzun müddətdir ki,gah binanın arxa hissəsində gah da ön hissəsində tikinti ilə məşquldurlar.Bu barədə dəfələrlə etiraz etsə də, qonşular işlərinə dəvət ediblər.Keçən ilin sonlarında isə Rəşad Əhmədov və qaynanası evin ön tərəfini qazaraq dükan tikintisinə başlayıblar. O, Tikinti üçün sənədin olub-olmadığını soruşsa da Rəşad ona heç bir sənəd təqdim etməyib. Şikayətçinin dediyinə görə tikinti sahibləri ona icra hakimiyyətinə 20 min manat pul verdiklərini və yuxarı dairələrdə qohumlarının olduğunu söyləyiblər. Qonşular arasında davam edən çəkişmə hətta Elvin İbadovun xəsarət alması ilə də,nəticələnib.Belə ki, onun sözlərinə görə Rəşad Əhmədovun qaynanası Novella Süleymanova onu qəfildən bellə vuraraq Sağ ayağını sındırıb. Və o 26 gün Daxili İşlər Nazirliyinin Hospitalinda yatıb.

Mövzuyla əlaqəli məqalələr