Sosial

"Qəhrəman ananın evini başına uçurdular"- Gülmirzə Həsənov

Yasamal rayonu, Hüseyn Cavid prospektində gecə gərgin anlar yaşanıb. Adıçəkilən ünvanda bir müddətdir ki, söküntü işləri ilə bağlı danışıqlar gedirmiş, amma sakinlər onlara təklif edilən qiymətlə razılaşmayıblar. Buna baxmayaraq, dünən axşam saatlarında iş maşınları əraziyə gələrək, binaları sökməyə cəhd ediblər. Bu zaman sakinlərlə söküntü işlərini aparanlar arasında qarşıdurma yaşanıb.

Yasamal rayonu, Hüseyn Cavid prospektində gecə gərgin anlar yaşanıb. Adıçəkilən ünvanda bir müddətdir ki, söküntü işləri ilə bağlı danışıqlar gedirmiş, amma sakinlər onlara təklif edilən qiymətlə razılaşmayıblar. Buna baxmayaraq, dünən axşam saatlarında iş maşınları əraziyə gələrək, binaları sökməyə cəhd ediblər. Bu zaman sakinlərlə söküntü işlərini aparanlar arasında qarşıdurma yaşanıb. Sakinlərin verdiyi məlumata görə, ərazini almaq istəyən "Olympus Park" yaşayış kompleksinin sahibidir. Həmin şəxs sakinlərin evi üçün ödənişi etmədən evləri sökmək istəyir.
Evlərdən biri isə tamamilə uçurulub. Mənzildən ev sahibləri heç bir əşyalarını çıxara bilməyiblər. Söküntü isə davam edir. Evləri sökülən 11 uşaq atası Həsənov Gülmirzə Kanal 13 -ə açıqlama verərək bildirib ki, Olimpus şirkəti onlara məxsus olan 350 kvadratlıq evin 150 kvadratına pul ödəyib 200 kvadratına isə ödəniş etməyib. Həsənov Gülmirzənin sözlərinə görə, o şirkətdə olarkən gözünün zəif görməsindən istifadə edən Olimpus şirkəti müxtəlif sənədlərə qol çəkdirib.

Mövzuyla əlaqəli məqalələr