Sosial

"Deputatın həyat yoldaşı 5 minlik şuba geyinir, biz isə 350 manatla ailə saxlayırıq"- Sakinlər coşub daşdı

Xırdalan şəhərində məcburi köçkünlərin yaşadığı binanın dam örtüyü gecə yarısı başlayan güclü külək nəticəsində dağılıb. Bu dağıntı nəticəsində elektrik və qaz infrastrukturuna ciddi ziyan dəyib. Məcburi Köçkünlər komitəsinin Abşeron nümayəndəsi məsələ ilə bağlı bildirdi ki, hadisə ilə bağlı Məcburi Köçkünlər komitəsinə yazılı şəkildə müraciət edilib, lakin hadisədən 2 gün keçməsinə baxmayaraq hələ də heç bir tədbir görülməyib.

Sakinlər məsələ ilə bağlı Kanal 13-ə bildirdilər ki: -“Heç kim bizimlə maraqlanmır. Dərdin nədir? deyə soruşan yoxdur. Qarabağda bundan yaxşı yaşayırdıq, bura gələndən günümüz göy əskiyə bürünüb. Hər evdə xəstə var, uşaq var. Yağış, qar olsa soyuqdan donub, öləciyik. Bizim 40 ildə yığdığımız ermənilərə qalıb, 23 ildə yığdığmız isə burada məhv olur. Biz 23 ildir, yaşayış üçün heç bir şəraiti olmayan qarajda yaşayırıq. Əgər bizimlə maraqlanan yoxdursa o zaman gedib, başqa ölkənin vətəndaşı olaq. Bütün aidiyyatı orqanlar gəlib, qıraqdan baxıb, bizə rişxəndlə deyirlər ki, “Bunlar hayasız arvadlardır”. Bir deputat deyir ki, “Ayağınızı yorğanınıza görə uzadın”, o biri deyir, “Müəllim işdən sonra getsin fəhlə işləsin”, bir digəri isə deyir ki, “Məcburi köçkünlər toya getməsin”. Niyə? Məcburi köçkün adam deyil? Deputatın həyat yoldaşı 5 minlik şuba geyinir, biz isə 350 manatla ailə saxlayırıq. Biz istəmirik onların yaşadığı kimi lüks həyat yaşayaq? Onların geyindiyi bahalı paltarlardan geyinək? Məgər biz buna layiq deyilik? O deputatlar bizim hesabımıza seçilib, indi isə bizə ağıl öyrədirlər. Ölüm olsun belə deputatlara!”

Mövzuyla əlaqəli məqalələr

Tarix:

"Camaatda pul yoxdur, millətin vəziyyəti gərgindir"-Satıcı

Boş piştaxtalar, müştəri gözləyən satıcılar.Bakıdakı meyvə-tərəvəz mağazalarının demək olar ki, hamısı üçün ənənəvi hala çevirilib.Vaxtilə alıcılar qiymətlərin bahalığından , satıcılar isə alıcı...