Siyasət

RATİ-nin əməkdaşları prokurorluqda izahat verdi

 

 

 

 

 

 

 

 

 

 

 

 

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) bir neçə nəfər əməkdaşı (Günay İsmayılova, Rasim Əliyev, Roman Məmmədov və başqaları) QHT-lərə qarşı açılmış cinayət işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində ifadə veriblər. Bu barədə saytımıza məlumat verən G.İsmayılova dindirmənin detalları barədə danışmayıb.

 

Qeyd edək ki, avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-nin ofisində axtarış aparıb. Ofisdən 15 kompüter (prosessor və monitor), 7 noutbook, 3 kamera, 12 fotoaparat, çoxsaylı yaddaş kartları, 200-dən çox kaset, 200-dək disklər, 20-dən çox hard disklər, təhlükəsizlik kamerasının yaddaş diski, çoxsaylı sənədlər, - qrant müqavilələri, mühasibatlıq sənədləri, hüquqi sənədlər, möhürlər götürülüb. RATİ-nin direktoru Emin Hüseynovun ata evindən isə anasına məxsus kompüter, planşet və bir neçə sənəd götürülüb. Avqustun 10-da  prokurorluq RATİ-nin ofisinin qapılarını möhürləyib.

Bu ilin mayında Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə çoxsaylı ev və ofislərdə axtarış aparılıb. Çoxsaylı QHT və fiziki şəxslərin bank hesablarına həbs qoyulub. Artıq 4 nəfər QHT fəalı həbs edilib. 

Mövzuyla əlaqəli məqalələr