Tarix:

“Balaca böyüklərin dünyası” adlı foto-sərginin açılışı olub

Rəssamlar iIttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Balaca böyüklərin dünyası” adlı foto-sərginin açılışı olub.Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutan gənc fotoqraf İrina Abdullahın sərgisi Bakıda ilk dəfə keçirilirdi. Sərginin özəlliklərindən biri də xeyriyyə məqsədilə təşkil olunmasıdır.Belə ki,bu sərgi xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım məqsədi daşıyır. Tanınmış incəsənət nümayəndələrinin,xalq rəssamların da iştirak etdiyi sərgi öz rəngarəngliyi ilə balacadan böyüyə hər kəsin marağına səbəb olub. Sərginin müəllifi İrina Abdullah Kanal13-ə müsahibə verərək sərginin keçirlməsinin əsas məqsədindən bəhs edib. Maraqlı məqamlardan biri də nümayiş olunan fotoların sırasında İrina Abdullahın həyat yoldaşı Amir Abdullayevin oğlu ilə olan fotosunun olmasıdır.

Tarix:

Sorğu: Metroda hərəkət qaydalarını bilirikmi?

Metroda etik normalara riayət olunmaması halları ilə tez-tez rastlaşırıq. Bunlardan biri də eskalatorla hərəkət etikasıdır. Niyə buna əməl olunduğunu az-az görürük?