Mədəniyyət

Azərbaycanda heykəltəraş nazirliyi məhkəməyə verdi - 100 min manat tələb etdi

Tanınmış heykəltəraş Cümşüd İbrahimov Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar İttifaqına qarşı məhkəmə iddiası qaldırıb.

"Kanal13-ün" “Qafqazinfo”ya istinadən  verdiyi xəbərə görə, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edən C.İbrahimov ona verilməli olan qonararın ödənilməsini tələb edib. 

C.İbrahimov “Qafqazinfo”ya açıqlamasında mübahisə mövzusu olan qonorarın nə ilə bağlı olduğunu açıqlayıb.

O bildirib ki, 1991-ci ildə Nazirlər Kabinetinin qərarı əsasında Mədəniyyət Nazirliyi onunla müqavilə imzalayıb: “Müqaviləyə görə mən rəhmətlik akademik, memar Mikayıl Hüseynovla birlikdə Şuşa xanı Pənah xanın at üstündə heykəlini hazırladıq. O vaxtkı nazir Polad Bülbüloğlu da heykəllə tanış olub bəyənmişdi. Heykəl Şuşanın girişində qoyulacaqdı, sonradan Qarabağ müharibəsi başladığı üçün alınmadı. Mən bu müddət ərzində də susdum. Amma ölkəyə neft pulları gələndə haqqımı tələb etdim. İki dəfə nazir Əbülfəz Qarayevin qəbulunda oldum. Ödəniş ediləcəyinə söz versə də, bu günə kimi vədinə əməl etməyib. Heykəl hələ də emalatxanada saxlanılır. 25 ildir heykəlin nə lahiyə pulunu, nə də model pulunu ala bilirəm. Nazirliyin mənə ödəməli olduğu məbləğ təxminən 100 min manatdır”.

İlkin instansiya məhkəməsi bu ilin yanvarın 5-də heykəltəraşın dövlət qurumuna qarşı iddiasını təmin etməyib. C.İbrahimov qərardan apelyasiya şikayəti verib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynovun sədrliyi ilə martın 31-də davam etdiriləcək.

Mövzuyla əlaqəli məqalələr

Tarix:

Beren Saat bu paltarla gecəyə damğa vurmuşdu

Fevralın 15-də “GQ” jurnalı 2016-cı ildə uğurları və geyim tərzlərinə görə seçilən məşhurları mükafatlandırıb. “Volkswagen Arena”da baş tutan mərasimin əsas ulduzu Beren Saat olub.

Tarix:

Azərbaycanlı qız səsi ilə hamını heyran qoydu

Rusiyanın NTV telekanalında yayımlanan “Sən supersən!” (“Ты супер!”) musiqi yarışmasında çıxış edən 17 yaşlı azərbaycanlı Pərvanə Əlcanova hər kəsi heyran edib.

Tarix:

Yazıçımız Moskvada qalib oldu

Dekabrın 24-də Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının 5 nominasiya üzrə 2016-cı ilin laureatları elan edilib. Moskvanın “Şaqal” klubunda keçirilən təntənəli mərasimdə laureatlara mükafatlar təqdim olunub.