Mədəniyyət

Brüseldə Avropa Parlamentində "Sülhdən Danışan Müasir İncəsənət və Suriya Qacqınlarına yardım" adlı konfrans və sərgi keçirildi

Brüseldə Avropa Parlamentində "Sülhdən Danışan Müasir İncəsənət Suriya Qacqinlarına yardım" adlı konfrans ve sərgi keçrildi. Tədbirə ev sahibliyi Avropa Birliyinin Azərbaycan Parlamentlərarası əməkdaşlıq komitəsinin rəhbəri Sajjad Heydər Kərim edirdi. Təşəbbüs Azərbaycanın Işğal Olunmuş Ərazilərində Abidələrin Müdafiyə Təşkilatı İctimayi birliyinin Avropa üzre koordinatoru Leyla Qasımova tərəfindən beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin tanınması, millətlərarası sülhü təbliğ etmək, münaqişə zamanı zərər çəkmiş insanların hüquqlarını tanıtmaq, insanlara zorakılığın müxtəlif formalarından berpasında yardım görsətmək , donmuş və gedən münaqişələrin davamlı həllini tapmaq
məqsədi ilə irəli sürülmüşdür.  Tədbirdə Azərbaycan ve xarici diplomatik korpusunun nümayəndələri iştirak edirdilər. 
Tedbirin rehberi ve moderatoru Leyla Qasımova öz çıxışında tədbirdə Müasir İncəsənət  millətlərarasında danışıqlar aparmaq üçün bir rabitə vasitəsi kimi seçildiyini və layihə sülhyaratma və humanitar yardım çərçivəsində təşkil olunduğunu vurğulamışdı. 
Avropa Birliyinin Azərbaycan Parlamentlərarası əməkdaşlıq komitəsinin rəhbəri Sajjad Kərim öz çıxışında tədbirin mühüm rolundan və onun təkcə Qarabağ münaqişəsinin yox və eyni zamanda dünya üzrə gedən oxşar konfliktlər və humanitar böhranının həllini axtardığını bildirdi.
Sərginin ikinci günü Kaşmir Avropa Birliyi tərəfindən təşkil olunmuş Blinded Power adlı konfransda yer aldı. Sərgidə Kaşmir ve diger diplomatik korpuslar iştirak edirdiler: Azad Kashmirin Baş naziri Mr Raja Farooq Haider Khan, Avropa Parlamentinin deputatları Jean Lambert və Sajjad Karim, keçmiş  Avropa Komissiyasının Səfiri Anthony Crasnir, AI Kashmir təşkilatının rehberi Ali Raza Syed və s.

 

Mövzuyla əlaqəli məqalələr

Tarix:

Yazıçımız Moskvada qalib oldu

Dekabrın 24-də Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının 5 nominasiya üzrə 2016-cı ilin laureatları elan edilib. Moskvanın “Şaqal” klubunda keçirilən təntənəli mərasimdə laureatlara mükafatlar təqdim olunub.

Tarix:

Faiq Ağayev talış dilində mahnı oxudu

Xalq artisti, sevilən estrada ulduzu Faiq Ağayev “Zanqeyarım” adlı yeni mahnısını televiziya tamaşaçıları üçün təqdim edib.