Mədəniyyət

Faiq Ağayev talış dilində mahnı oxudu

Xalq artisti, sevilən estrada ulduzu Faiq Ağayev “Zanqeyarım” adlı yeni mahnısını televiziya tamaşaçıları üçün təqdim edib. Müğənni qədim talış xalq mahnısını yeni versiyada Xəzər televiziyasının “5/5” proqramının Müstəqillik gününə həsr olunmuş bayram buraxılışında eksklüziv olaraq ifa edib. Bir neçə gündür radio dalğalarında efirə gedən mahnı ilə televiziya tamaşaçıları da tanış olub. Mahnı üçün "Aysel" rəqs qrupu xüsusi nömrə də hazırlayıb. Sənətkar yeni hitini rəqsin müşayəti ilə təqdim edib. 

 

Xatırladaq ki, qədim talış xalq mahnısı geniş tamaşaçı auditoriyasına ilk dəfə ötən əsrin 60-cı illərində SSRİ-nin xalq artisti, dahi Rəşid Behbudov təqdim edib. Mahnının yeni versiyasının Azərbaycan mətni Vahid Əziz, aranjemanı Cavid Şirinov, post-production-masteringi Givi Usenaşviliyə məxsusdur.

 

Qeyd edək ki F. Ağeyev “5/5” proqramına müğənni Elnarə Xəlilova ilə qatılıb. Hər iki müğənni xüsusi olaraq bu verilişdə birlikdə iştirak etməyi arzulayıblar. Uzun illər dost olduqlarını açıqlayan F. Ağayev və Elnarə bir-birinin sənəti, ifa tərzi və səsini çox bəyəndiklərini də bildiriblər. Verilişdə onlar ilk dəfə olaraq duet popuri də ifa ediblər. 

 

Mövzuyla əlaqəli məqalələr

Tarix:

Beren Saat bu paltarla gecəyə damğa vurmuşdu

Fevralın 15-də “GQ” jurnalı 2016-cı ildə uğurları və geyim tərzlərinə görə seçilən məşhurları mükafatlandırıb. “Volkswagen Arena”da baş tutan mərasimin əsas ulduzu Beren Saat olub.

Tarix:

Azərbaycanlı qız səsi ilə hamını heyran qoydu

Rusiyanın NTV telekanalında yayımlanan “Sən supersən!” (“Ты супер!”) musiqi yarışmasında çıxış edən 17 yaşlı azərbaycanlı Pərvanə Əlcanova hər kəsi heyran edib.

Tarix:

Yazıçımız Moskvada qalib oldu

Dekabrın 24-də Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının 5 nominasiya üzrə 2016-cı ilin laureatları elan edilib. Moskvanın “Şaqal” klubunda keçirilən təntənəli mərasimdə laureatlara mükafatlar təqdim olunub.