Mədəniyyət

Bəyaz Bakıya gəlməyəcək

Oktyabrın 7-də Heydər Əliyev Sarayında baş tutacaq “Bəyaz live” şousu təxirə salınıb. 
 
Musavat.com xəbər verir ki, artıq Türkiyədə yayımlanan anonslarda Bakı konsertinin adı yığışdırılıb.  Heydər Əliyev Sarayının rəsmisi də sosial şəbəkədə bilet alanlara səslənib: 
“7 oktyabr tarixli "Beyaz Live" konserti ləğv edilib.
 
Alınan biletləri Sahil metrosu tərəfdə yerləşən Kontinental market yaxınlığındakı bilet köşkünə qaytara bilərsiniz”.
 
Qeyd edək ki, konsertin təşkilatçısı Nahid Emiloğlu olub. O, hələ konsertin təxirə düşməsi barədə açıqlama verməyib. 
 
Proqramda  türkiyəli ifaçılar Ayla Çelik, Hakan Altuğ, İrem Derici, aktyor Tolqahan Sayışman, Röya qonaq olacaqdı. 

Mövzuyla əlaqəli məqalələr

Tarix:

Yazıçımız Moskvada qalib oldu

Dekabrın 24-də Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının 5 nominasiya üzrə 2016-cı ilin laureatları elan edilib. Moskvanın “Şaqal” klubunda keçirilən təntənəli mərasimdə laureatlara mükafatlar təqdim olunub.

Tarix:

Faiq Ağayev talış dilində mahnı oxudu

Xalq artisti, sevilən estrada ulduzu Faiq Ağayev “Zanqeyarım” adlı yeni mahnısını televiziya tamaşaçıları üçün təqdim edib.