Mədəniyyət

"1 milyon versələr, lüt soyunaram"-Afaq Aslan

Burada pis nəsə yoxdur.

Azərbaycanlı müğənni Afaq Aslan Türkiyədə həyata keçirəcəyi layihə üçün foto-kameralar önünə keçib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, yeni fotosessiyasına görə onu qınayanlar çox olacaq: “Artıq mənim müğənniliklə bağlı bütün işlərimi Türkiyədə olan şirkət həyata keçirəcək. Bütün detallar danışılıb. Buna görə də yeni, fərqli, dünya ulduzlarının fotosessiyalarına uyğun nəsə etdirməli idim. Bu obraza, şəkillərə görə məni tənqid edənlər çox olacaq. Amma mən bu tənqidlərə önəm vermirəm. İndi bir çox “ağzı göyçəklər” deyəcəklər ki, “Afaq soyundu”. Artıq bu tip başlıqlardan da təngə gəlmişəm. Şou aləmində məndən də açıq geyinən müğənnilər var. Amma mən qısa bir libas geyinən kimi deyirlər ki, soyundu. Mən dəli deyiləm ki, soyunam? Əslində dünya ulduzları kiməsə yardım etmək və sosial layihədə iştirak etmək üçün böyük məbləğ müqabilində lüt şəkillər çəkdirirlər. Əgər Azərbaycanda da belə bir layihə olsa, 1 milyon versələr, lüt soyunaram. Burada pis nəsə yoxdur. Yəni əgər soyunası olsam da, Azərbaycan estradasında lüt soyunacaq ilk müğənni mən olmayacam”.

 

Qeyd edək ki, A.Aslanın fotolarını fotoqraf Toğrul Abbasov çəkib. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mövzuyla əlaqəli məqalələr

Tarix:

Yazıçımız Moskvada qalib oldu

Dekabrın 24-də Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının 5 nominasiya üzrə 2016-cı ilin laureatları elan edilib. Moskvanın “Şaqal” klubunda keçirilən təntənəli mərasimdə laureatlara mükafatlar təqdim olunub.

Tarix:

Faiq Ağayev talış dilində mahnı oxudu

Xalq artisti, sevilən estrada ulduzu Faiq Ağayev “Zanqeyarım” adlı yeni mahnısını televiziya tamaşaçıları üçün təqdim edib.