İqtisadiyyat

Dollarla bağlı əhaliyə xəbərdarlıq

Fevral ayının 13-də Azərbaycanda bəzi banklar dolların satışını limiti qaldırıb.

"Turanbank" artıq dolları limitsiz satır.
Bundan başqa, "Ziraat Bank Azerbaycan"ın Bakı filialı dollar satışını bərpa edib. Bu bankdan hər bir müştəri 1 min dollar ala bilər.
Dollar qiymətləri
Bu gün dolları ən yüksək qiymətlə alan "Günaybank", " Azərbaycan Beynəlxalq Bankı", "Amrahbank", "KapitalBank", "NBC Bank"dır – 1.7000 manat.
Dolları ən aşağı qiymətə alan bank isə "AFB Bank", "Muğanbank", "Turanbank", "Unibank", "VTB Azerbaycan", "Azər-Türk Bank" və "Accessbank"dır. Bu banklarda dolların alış qiyməti 1.6000 manatdır.
ABŞ dollarının ən aşağı satış qiyməti isə "Bank VTB Azərbaycan"dadır – 1.7300 manat.
Bu gün dolların ən baha məzənnəsi 1.8010 manatdır. Bu məbləğdə dolları "Unibank" satır.
Avro qiymətləri
Bu gün Avropa valyutasını ən baha alan "Günyabank"dır. Bu bankda 1 avro 1.8020 manata alınır.
Avronu ən ucuz alan "AFB Bank"dır – 1.6900 manat.
Avronu ən ucuz satış qiyməti "Bank Silk Vey"dədir – 1,8400 manat.
Avronun ən baha satış qiyməti 1.9700 manatdır. Bu gün "Bank of Baku" Avropa valyutasını həmin məzənnə ilə satır.

Mövzuyla əlaqəli məqalələr

Tarix:

Banklarda dolların qiyməti düşür

Belə ki, səhər ABŞ dollarının satış qiymətini 1.80 manata endirən “AmrahBank”, məzənnəni ikinci dəfə də aşağı salaraq, dolları 1.79 manatdan satmağa başlayıb.

Tarix:

Banklarda manat qıtlığı yaranıb

İlin ilk ayından başlayaraq banklarda manat qıtlığı yaşanır. Əksər banklar müştərilərə nağd manat verməkdə çətinlik çəkir.